Tarix:12/02/15
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, qurğu, məsələn, konkret ofisdə işləyən əməkdaşların xoşbəxtliyini ölçmək üçün nəzərdə tutulub. Bundan ötrü onların hamısı xoşbəxtlik ölçən cihazı boynuna taxmalı və ya geyiminə bərkitməlidir. Cihaz bank kartı ölçüsü boydadır.
Ölçü cihazı akselerometrlə təchiz edilib: gəzmə, klaviaturada mətnin yığılması, insanın ayağa durması, oturması və başını yırğalaması daxil olmaqla müxtəlif tip hərəkətləri qeydə alır. Saniyədə 50 dəfə qeydiyyat aparılır. Əməkdaşlardan toplanılan belə məlumatlar “Hitachi”nin “bulud” xidmətinə ötürülür və orada emal edilir.
Əməkdaşın aktivlik və onun fizioloji parametrlərinin təhlili əsasında onun emosional vəziyyəti tərtib edilir. Qrupun rəhbəri “bulud” xidmətindən istifadə edə və əməkdaşlarının əhval-ruhiyyəsindən xəbərdar olar bilər.
Çoxsaylı tədqiqatlara əsasən, şirkətdə çalışan əməkdaşların məhsuldarlığı onların emosional vəziyyətindən asılıdır. Bu səbəbdən bəzi işə götürənlər əmək şəraitini yaxşılaşdırmaq üçün mütəmadi kollektivdə sorğular keçirirlər.
Bir qurğunun xidmətinin dəyəri ildə 100 min yen (təxminən 55 min dollar) təşkil edəcək.
Emil Hüseynov
Xoşbəxtlik ölçən cihaz təqdim edilib
“Hitachi” şirkətinin hazırladığı daşınan qurğu işə götürənlərə öz əməkdaşlarının emosional vəziyyətini öyrənməyə imkan verir. Xoşbəxtlik ölçən cihaz məlumatları “bulud” xidmətinə ötürən və sonuncuda təhlil aparılır. Əlində nəticəyə malik rəhbərlik əməkdaşlarının iş şərtləri haqda bu və ya digər qərarları qəbul edə bilər."ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, qurğu, məsələn, konkret ofisdə işləyən əməkdaşların xoşbəxtliyini ölçmək üçün nəzərdə tutulub. Bundan ötrü onların hamısı xoşbəxtlik ölçən cihazı boynuna taxmalı və ya geyiminə bərkitməlidir. Cihaz bank kartı ölçüsü boydadır.
Ölçü cihazı akselerometrlə təchiz edilib: gəzmə, klaviaturada mətnin yığılması, insanın ayağa durması, oturması və başını yırğalaması daxil olmaqla müxtəlif tip hərəkətləri qeydə alır. Saniyədə 50 dəfə qeydiyyat aparılır. Əməkdaşlardan toplanılan belə məlumatlar “Hitachi”nin “bulud” xidmətinə ötürülür və orada emal edilir.
Əməkdaşın aktivlik və onun fizioloji parametrlərinin təhlili əsasında onun emosional vəziyyəti tərtib edilir. Qrupun rəhbəri “bulud” xidmətindən istifadə edə və əməkdaşlarının əhval-ruhiyyəsindən xəbərdar olar bilər.
Çoxsaylı tədqiqatlara əsasən, şirkətdə çalışan əməkdaşların məhsuldarlığı onların emosional vəziyyətindən asılıdır. Bu səbəbdən bəzi işə götürənlər əmək şəraitini yaxşılaşdırmaq üçün mütəmadi kollektivdə sorğular keçirirlər.
Bir qurğunun xidmətinin dəyəri ildə 100 min yen (təxminən 55 min dollar) təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 1247
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib