Tarix:19/02/15
Regional baxımdan Şimali Amerika 2013-cü ildə ən dinamik inkişaf edən bazar olsa da, növbəti beş ildə onun yerini Asiya-Sakit okean regionu tutacaq ki, bu da regionda smartfonların yüksək nüfuzetmə səviyyəsi ilə əlaqədardır. Analitiklər Çin, Hindistan, Cənubi Koreya və bir sıra digər ölkələrdə mobil əlavələrə tələbatın artacağını proqnozlaşdırırlar.
Mobil əlavələr bazarının gələcək inkişafına ilk növbədə dünyada smartfonların geniş yayılması xidmət edir. Yüksək texniki xüsusiyyətlərə malik qurğuların bazara çıxarılması bundan sonra da onlara tələbatı stimullaşdıracaq. Bu, ilk növbədə mobil əlavələrin hazırlanmasına təkan verəcək. Bundan başqa, müsbət amillər sırasında qabaqcıl texnologiyaların mobil internet sahəsində tətbiqi və qlobal internet xidmətlərinin yayılması sadalanıb.
Mütəxəssislər mobil əlavələrin daha populyar növü kimi oyunları və əyləncəli proqramları qeyd edirlər. 2013-cü ildə onların bazar payı 40 faizə yaxın olub.
Tədqiqatda həmçinin aparıcı mobil əlavə tərtibatçılarının adı çəkilib. Onların sırasında "Apple", "Google", "Blackberry", "QBurst", "Sourcebits", "Softeq", "WillowTree Apps", "Microsoft", "Handmark", "OpenXcell Tehnolabs", "Y Media Labs" və digər şirkətlər yer alıb, - "DailyComm" yazır.
Dünya mobil əlavələr bazarında artım gözlənilir
2013-cü ildə həcmi 16,97 milyard dollar qiymətləndirilən dünya mobil əlavələr bazarında yaxın beş il ərzində illik artım orta hesabla 16,2 faiz olacaq və 2020-ci ilədək 54,89 milyard dollarlıq həcmə çatacaq. Bu barədə "Transparency Market Research" analitik şirkətinin proqnozunda deyilir.Regional baxımdan Şimali Amerika 2013-cü ildə ən dinamik inkişaf edən bazar olsa da, növbəti beş ildə onun yerini Asiya-Sakit okean regionu tutacaq ki, bu da regionda smartfonların yüksək nüfuzetmə səviyyəsi ilə əlaqədardır. Analitiklər Çin, Hindistan, Cənubi Koreya və bir sıra digər ölkələrdə mobil əlavələrə tələbatın artacağını proqnozlaşdırırlar.
Mobil əlavələr bazarının gələcək inkişafına ilk növbədə dünyada smartfonların geniş yayılması xidmət edir. Yüksək texniki xüsusiyyətlərə malik qurğuların bazara çıxarılması bundan sonra da onlara tələbatı stimullaşdıracaq. Bu, ilk növbədə mobil əlavələrin hazırlanmasına təkan verəcək. Bundan başqa, müsbət amillər sırasında qabaqcıl texnologiyaların mobil internet sahəsində tətbiqi və qlobal internet xidmətlərinin yayılması sadalanıb.
Mütəxəssislər mobil əlavələrin daha populyar növü kimi oyunları və əyləncəli proqramları qeyd edirlər. 2013-cü ildə onların bazar payı 40 faizə yaxın olub.
Tədqiqatda həmçinin aparıcı mobil əlavə tərtibatçılarının adı çəkilib. Onların sırasında "Apple", "Google", "Blackberry", "QBurst", "Sourcebits", "Softeq", "WillowTree Apps", "Microsoft", "Handmark", "OpenXcell Tehnolabs", "Y Media Labs" və digər şirkətlər yer alıb, - "DailyComm" yazır.
Baxış sayı: 1301
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)