Tarix:25/02/15
Tədbiri İranın elmlər, tədqiqat və texnologiyalar naziri Məhəmməd Fərhadi açaraq müasir dünyada innovasiya və yeni texnologiyaların rolundan və iqtisadi inkişafa təsirindən danışıb.
İran Prezidenti Həsən Ruhani konfrans iştirakçılarını salamlayaraq bildirib ki, üzv ölkələrin yeni texnologiyalar sahəsində yaxın əməkdaşlığı müsbət nəticə verə və xalqların rifahını daha da yüksəldə bilər. Çünki innovasiya və yeni texnologiyaların iqtisadiyyata tətbiqi inkişafla nəticələnir. İran yeni texnologiyaları inkişaf etdirməkdə israrlıdır və bu istiqamətdə Qoşulmama Hərəkatının bütün üzvləri ilə yaxın əməkdaşlıq əlaqələri qurmağa hazırdır. Müasir dövrdə dünya ölkələrinin sosial-iqtisadi inkişafının davamlı xarakter alması yeni texnologiyalardan asılıdır. Bu innovasiyalar elmin inkişafına, sülhün, iqtisadi artımın təmin olunmasına xidmət etməlidir. İran bu sahədə birgə layihələrin hazırlanıb həyata keçirilməsini dəstəkləyəcək, universitetlərin nanotexnologiya, biotexnologiya üzrə əməkdaşlığına şərait yaradacaq.
Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın konfrans iştirakçılarına videomüraciəti dinlənilib. İrina Bokova dövlətləri elm adamlarına şərait yaratmağa, elmi tədqiqatlara maliyyə vəsaitinin artırılmasına çağırıb.
Daha sonra Şri-Lanka, Konqo, Liberiya, Banqladeş, Belarus, Nikaraqua və Misirin nümayəndələri çıxış ediblər.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov konfransda çıxış edərək deyib ki, bu gün Qoşulmama Hərəkatına üzv ölkələr öz iqtisadi inkişaf səviyyələrinə görə fərqli mövqelərdədir. Bu ölkələrin bir çoxunda hələ də iqtisadi gerilik müşahidə olunmaqdadır, yoxsulluq yüksək həddədir, əhalinin təhsil, səhiyyə, müasir texnologiyalara çıxış imkanları məhduddur. Qoşulmama Hərəkatı yaranandan keçən müddətdə dünyada böyük siyasi və iqtisadi dəyişikliklər baş verib. İnkişaf etmiş ölkələrin təcrübəsi, həmçinin son illərdə Asiya-Sakit okean ölkələri: Çin, Yaponiya, Koreya Respublikası, Sinqapurun timsalında elm və yüksək texnologiyaların dayanıqlı iqtisadi və sosial inkişafın əsasını təşkil etdiyini görürük.
Nazir bildirib ki, əgər biz inkişaf etmiş ölkələrlə rəqabət etmək istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət verməliyik. Təəssüf ki, bizim kimi ölkələrin inkişaf etmiş ölkələr qədər elmi tədqiqatlara vəsait ayırmaq imkanı məhduddur. “2013 Global R&D Funding Forecast”in hesabatına görə, dünyada elmi tədqiqatlara təxminən 1.5 trilyon dollar xərc çəkilir ki, bunun da 80 faizi inkişaf etmiş ölkələrin payına düşür. Əgər biz elmi xərclərin strukturuna baxsaq görərik ki, inkişaf etmiş ölkələrdə elmi xərclərin 60-80 faizi özəl sektor tərəfindən qoyulur. 2013-cü ildə “İntel” şirkətinin gəlirləri 53.3 milyard ABŞ dolları təşkil edib və bu məbləğdən 10.1 milyardı elmi tədqiqatlara ayrılıb. İnkişaf etməkdə olan ölkələrdə elmi tədqiqatlara ayrılan vəsaitin həcmi isə 0.2-1 faiz təşkil edir və bu vəsait əsasən dövlət tərəfindən ayrılır. Nəticə etibarilə inkişaf etmiş ölkələrlə müqayisədə gerilik davam edir.
Əli Abbasov qeyd edib ki, dünyada innovativ inkişaf siyasəti “qızıl üçbucaq” adlandırdığımız üç sütunun üzərində qurulur: insan kapitalı, əlverişli mühit və kapital. Azərbaycan hökuməti də öz siyasətini bu istiqamətdə qürur. Bunlardan birincisi, bəlkə ən başlıcası insan kapitalıdır. Dünya Bankının hesabatına görə, inkişaf etmiş ölkələrin iqtisadi inkişafının 64 faizi insan kapitalı ilə formalaşır. Tədqiqatlar göstərir ki, ölkə əhalisinin intellektual əmsalının bir bənd artması adambaşına düşən ümumi daxili məhsulun 229 ABŞ dolları atmasına gətirib çıxarır. Azərbaycanda da elmi tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamət hesab olunur. Hazırda insan resurslarının inkişafı üçün aparılan islahatlar çərçivəsində mühəndislik və dəqiq elmlər ixtisasları fakültələrində tədris keyfiyyətinin artırılması, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində həmin ixtisaslar üzrə xaricdə təhsil alan tələbələrin sayının artırılması kimi yeniliklər tətbiq edilməkdədir.
İnnovativ iqtisadiyyatın inkişafı üçün əlverişli mühit yaradılır. Bu istiqamət üzrə isə ən çox gözlədiyimiz odur ki, elmin nəticələri istehsalata asan yol tapsın, elmə investisiya qoyuluşu artsın. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, buna vergi, gömrük güzəştləri, investisiyaların, intellektual mülkiyyətin qorunması ilə nail olmaq mümkündür. Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda elmi-texnoloji və sənaye parklar şəbəkəsi, yüksək texnologiyalar parkı yaradılıb. Bu parklarda güzəştli vergi və gömrük şərtlərinə əsaslanan yüngülləşdirilmiş işgüzar mühit formalaşdırılıb.
İnnovativ layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarına çıxışın asanlaşdırılması da vacibdir. Azərbaycanda indi yeni pul-kredit sistemi formalaşır və innovativ sahibkarlığa müəyyən güzəştlər nəzərdə tutulur. Hazırda Azərbaycanda həm qrant, həm də elmi tutumlu innovativ layihələrə kiçik faizlə kreditlər vermək məqsədilə yaradılmış müxtəlif elmi-texnoloji fondlar fəaliyyət göstərir. Burada aparıcı rolu Dövlət Neft Fondu oynayır.
Əli Abbasov bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan hökumətinin irəli sürdüyü TASIM (Trans-Eurasian Information Super Highway) bir platforma olaraq istifadə edilə bilər. Bu informasiya magistralı iki nəhəng regionu – Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək bu ölkələrdə informasiya xidmətlərinin, elm və texnologiyaların, distant təhsilin inkişafına töhfə verəcək. BMT Baş Assambleyası özünün 3 qətnaməsi ilə bu layihəni dəstəkləyib və onun həyata keçirilməsi istiqamətində regional əməkdaşlıq üçün “Rabitə Alyansı” yaradıb və Azərbaycanı bu Alyansın koordinatoru seçib. Həmçinin Azərbaycanın peyklərinin imkanlarından da innovativ inkişaf üçün istifadə oluna bilər.
Çıxışlardan sonra ekspertlərin hazırladıqları birgə bəyannamənin mətni müzakirə olunub və yekdilliklə qəbul edildi.
Konfrans çərçivəsində Əli Abbasov Əfqanıstan, Əlcəzair, Belarus və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Qoşulmama Hərəkatının Elm və Texnologiya üzrə Mərkəzinin baş direktoru Arun Prokaş, İqtisadi Əməkdaşlıq Təşkilatının baş direktoru Şamil Ələsgərov, İslam Əməkdaşlıq Təşkilatının elm və texnoloji əməkdaşlıq komitəsinin icraçı direktoru Şövkət Həmid Xanla ikitərəfli görüşlər keçirib.
Tehranda Qoşulmama Hərəkatının elm, texnologiya və innovasiyalar üzrə nazirlər konfransı keçirilib
Fevralın 23-də Tehranda Qoşulmama Hərəkatının elm, texnologiya və innovasiyalar üzrə nazirlər konfransı keçirilib. Konfransda 58 üzv ölkənin nümayəndələri ilə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının təmsilçiləri də iştirak ediblər.Tədbiri İranın elmlər, tədqiqat və texnologiyalar naziri Məhəmməd Fərhadi açaraq müasir dünyada innovasiya və yeni texnologiyaların rolundan və iqtisadi inkişafa təsirindən danışıb.

Baxış sayı: 927
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir