12px13px15px17px
Tarix:26/02/15

Azərbaycan və İran texnologiya parkları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasına səfəri çərçivəsində Pərdis Texnologiya Parkında (PTP) olub. Tanışlıq zamanı PTP-nin direktoru Mehdi Səfəriniya müəssisənin fəaliyyəti, iş prinsipi və istehsal etdiyi məhsullar haqqında geniş məlumat verib.

Qeyd olunub ki, 400 şirkətlə əməkdaşlıq edən park onların sifarişləri əsasında həm məhsul istehsal edir, həm də kadr hazırlığı işlərini həyata keçirir. PTP-nin fəaliyyətini yüksək qiymətləndirən Əli Abbasov Azərbaycanda da texnologiya parklarının fəaliyyət göstərdiyini və iqtisadiyyatın müxtəlif sahələri üçün məhsul istehsal etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan və İranın texnologiya parkları arasında əməkdaşlıq əlaqələrinin qurulması hər iki tərəf üçün müsbət nəticələr verə bilər. Bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı, kadr hazırlığı və istehsal olunan məhsulların satışının təşkil edilməsindən də ibarət ola bilər.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib, fikir mübadiləsi aparılıb. Əli Abbasov Mehdi Səfəriniyanı Azərbaycanın yeni texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq üçün Azərbaycana dəvət edib.

Sonra nazir Əli Abbasov parkın ərazisindəki istehsal müəssisələri ilə tanış olub.



Baxış sayı: 1275

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024