12px13px15px17px
Tarix:02/03/15

“Samsung” öz mobil xidmətini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “Samsung Pay” adlı mobil ödəmə xidmətini istifadəyə verib. Mobil qurğu sahibləri bu xidmətin köməyi ilə demək olar bütün ticarət nöqtələrində təhlükəsiz mobil ödənişlər edə biləcəklər.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, əvvəllər ödənişlərin edilməsi üçün “NFC” texnologiyasından istifadəyə görə mobil ödənişlərin imkanı məhdud idi. Amma “Samsung Pay” ödəmə xidmətində həm “NFC”, həm də şirkətin öz “Magnetic Secure Transmission” (MST) texnologiyasından istifadə olunur. Sonuncu ənənəvi terminallarla təchiz edilmiş satış nöqtələrində mobil ödənişlərdən istifadəyə imkan verir.
 
Nəticədə istifadəçilər “Samsung Pay” mobil ödəmə xidmətinin köməyi ilə 30 milyondan çox ticarət nöqtəsində ödənişlər edə biləcək.
 
Məlumata görə, “Samsung” şirkəti artıq “MasterCard” və “Visa” ödəmə sistemləri ilə əməkdaşlıq razılaşması imzalayıb.
 
Əvvəlcə ABŞ və Koreyada “Galaxy S6” və “Galaxy S6 edge” smartfonlarının sahibləri yeni xidmətdən istifadə edə biləcək.
 
Bundan sonra mobil xidmətin əhatə dairəsi genişləndiriləcək.
 
Emil Hüseynov



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024