Tarix:02/03/15
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, texnologiya “Eyeprint ID” adlanır və ağ ekranı özünə daxil edir. Ağ ekran gözlərə işıq salır və ön kamera gözü skan edir. Bu proses təxminən 800 ms vaxt alır. Hələ ki bu prosedur yalnız smartfonun blokdan çıxarılması üçün istifadə olunur, hərçənd gələcəkdə bu texnologiya mobil ödənişlərə və məxfi informasiyaya giriş üçün tətbiq ediləcək. “ZTE” şirkəti “EyeVerify” texnologiyasını “Grand” istehsal xəttinə məxsus başqa aparatlarda tətbiq etməyə söz verib.
“Grand S3” aparatı “Full HD” təsvir ölçülü 5,5 düymlük ekran və 2,5 QHs takt tezlikli “Qualcomm Snapdragon 801” prosessoru ilə işləyir. Əməli yaddaşın həcmi 3 QB, fləş yaddaşın həcmi 16 QB-dır, “microSD” slotu quraşdırılıb. Əsas kameranın təsvir ölçüsü 16, ön kamerada 8 meqapikseldir. Aparata “Android 4.4” mobil əməliyyat sistemi quraşdırılıb. Akkumulyatorun tutumu 3100 milliamper/saatdır, korpusun qalınlığı 9,8 mm-dir.
“Grand S3” aparatı yaxın vaxtlarda 510 manata satışa çıxarılacaq.
Emil Hüseynov
İstifadəçini göz almacığı ilə eyniləşdirən ilk smartfon nümayiş etdirilib
Barselonada keçirilən sərgidə birinci gün bütün diqqət “Samsung” və “HTC” şirkətlərinin yeni qabaqcıl smartfonlarına köklənib. Bununla belə, Çinin “ZTE” şirkəti maraqlı qurğu təqdim edib. “Grand S3” istifadəçini göz almacığı ilə eyniləşdirən dünyada ilk smartfondur."ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, texnologiya “Eyeprint ID” adlanır və ağ ekranı özünə daxil edir. Ağ ekran gözlərə işıq salır və ön kamera gözü skan edir. Bu proses təxminən 800 ms vaxt alır. Hələ ki bu prosedur yalnız smartfonun blokdan çıxarılması üçün istifadə olunur, hərçənd gələcəkdə bu texnologiya mobil ödənişlərə və məxfi informasiyaya giriş üçün tətbiq ediləcək. “ZTE” şirkəti “EyeVerify” texnologiyasını “Grand” istehsal xəttinə məxsus başqa aparatlarda tətbiq etməyə söz verib.
“Grand S3” aparatı “Full HD” təsvir ölçülü 5,5 düymlük ekran və 2,5 QHs takt tezlikli “Qualcomm Snapdragon 801” prosessoru ilə işləyir. Əməli yaddaşın həcmi 3 QB, fləş yaddaşın həcmi 16 QB-dır, “microSD” slotu quraşdırılıb. Əsas kameranın təsvir ölçüsü 16, ön kamerada 8 meqapikseldir. Aparata “Android 4.4” mobil əməliyyat sistemi quraşdırılıb. Akkumulyatorun tutumu 3100 milliamper/saatdır, korpusun qalınlığı 9,8 mm-dir.
“Grand S3” aparatı yaxın vaxtlarda 510 manata satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 621
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib