Tarix:02/03/15
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, mobil qurğular üçün simsiz enerjidoldurma funksiyasına malik mebel aprelin ortalarında satışa çıxarılacaq. Böyük Britaniyada belə mebel 30 funt-sterlinq (46 ABŞ dolları) qiymətinə satılacaq. Bu haqda “IBTimes” nəşri yazıb.
Simsiz enerjidoldurma texnologiyası artıq bəzi smartfon sahiblərinə (“Samsung Galaxy S5”, “Note 4” və “LG G3”) əlçatandır. “IKEA” şirkəti dünyada geniş pərakəndə mağazalar şəbəkəsinə malikdir. Əgər belə böyük şirkət “Wireless Power Consortium” konsorsiumu tərəfindən hazırlanmış “Qi” standartını öz mebelinə inteqrasiya etsə, o zaman smartfon istehsalçıları da bu addımı atmalı olacaqlar.
Xatırladaq ki, “Wireless Power Consortium” konsorsiumuna 200-dən çox şirkət daxildir.
Emil Hüseynov
“IKEA” öz mebelinə simsiz enerjidoldurma funksiyası inteqrasiya edir
İstifadəçilər öz mobil qurğularını sadəcə “IKEA” şirkətinin istehsalı olan mebelin üstünə qoymaqla enerji ilə doldura biləcəklər. İsveç şirkəti tezliklə daxili simsiz enerjidoldurma funksiyasına malik mebelin satışına başlayacaq."ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, mobil qurğular üçün simsiz enerjidoldurma funksiyasına malik mebel aprelin ortalarında satışa çıxarılacaq. Böyük Britaniyada belə mebel 30 funt-sterlinq (46 ABŞ dolları) qiymətinə satılacaq. Bu haqda “IBTimes” nəşri yazıb.
Simsiz enerjidoldurma texnologiyası artıq bəzi smartfon sahiblərinə (“Samsung Galaxy S5”, “Note 4” və “LG G3”) əlçatandır. “IKEA” şirkəti dünyada geniş pərakəndə mağazalar şəbəkəsinə malikdir. Əgər belə böyük şirkət “Wireless Power Consortium” konsorsiumu tərəfindən hazırlanmış “Qi” standartını öz mebelinə inteqrasiya etsə, o zaman smartfon istehsalçıları da bu addımı atmalı olacaqlar.
Xatırladaq ki, “Wireless Power Consortium” konsorsiumuna 200-dən çox şirkət daxildir.
Emil Hüseynov
Baxış sayı: 597
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib