Tarix:05/03/15
"ICTnews" elektron xəbər xidməti “nation-news.ru” saytına istinadən bildirir ki, robotlar günəş batareyaları ilə işləyir. Yol hərəkəti qaydalarına nəzarət etmək üçün robotun “əlləri” qırmızı və yaşıl lampalarla təchiz edilib. Şəhər hakimiyyəti bu yolla piyada və maşınların hərəkətini nizamlamağa çalışır, çünki Konqo Demokratik Respublikasında yol hərəkəti iştirakçılarının böyük əksəriyyəti standart işıqfor və yol nişanlarına əhəmiyyət vermirlər. Bundan başqa, sonuncular quraşdırılandan sonra çox vaxt oğurlanır.
Nəhəng robotu oğurlamaq çox çətindir. Robota quraşdırılmış infraqırmızı videokameralar yalnız bütün baş verənləri və yol hərəkəti qaydaları pozuntusunu çəkməklə kifayətlənmir, həm də təsviri real vaxt rejimində polis bölməsinə göndərir.
Robotların böyük oyuncağa oxşamasına baxmayaraq, sürücülər onun siqnallarına daha diqqətli yanaşırlar. "Biz robota hörmət etməliyik" – yerli taksi şoferlərindən biri deyib.
Emil Hüseynov
Konqoda nəhəng robotlar işıqforları əvəz edib
Konqo Demokratik Respublikasının hakimiyyəti çoxlu sayda yol hərəkəti qaydaları pozuntusunun qarşısını almaq üçün ölkənin paytaxtı Kinşasada kameralarla təchiz edilmiş beş robot quraşdırıb."ICTnews" elektron xəbər xidməti “nation-news.ru” saytına istinadən bildirir ki, robotlar günəş batareyaları ilə işləyir. Yol hərəkəti qaydalarına nəzarət etmək üçün robotun “əlləri” qırmızı və yaşıl lampalarla təchiz edilib. Şəhər hakimiyyəti bu yolla piyada və maşınların hərəkətini nizamlamağa çalışır, çünki Konqo Demokratik Respublikasında yol hərəkəti iştirakçılarının böyük əksəriyyəti standart işıqfor və yol nişanlarına əhəmiyyət vermirlər. Bundan başqa, sonuncular quraşdırılandan sonra çox vaxt oğurlanır.
Nəhəng robotu oğurlamaq çox çətindir. Robota quraşdırılmış infraqırmızı videokameralar yalnız bütün baş verənləri və yol hərəkəti qaydaları pozuntusunu çəkməklə kifayətlənmir, həm də təsviri real vaxt rejimində polis bölməsinə göndərir.
Robotların böyük oyuncağa oxşamasına baxmayaraq, sürücülər onun siqnallarına daha diqqətli yanaşırlar. "Biz robota hörmət etməliyik" – yerli taksi şoferlərindən biri deyib.
Emil Hüseynov
Baxış sayı: 699
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib