12px13px15px17px
Tarix:06/03/15

32 dollarlıq “ağıllı” saat nümayiş etdirilib

Bəzi insanlar qol saatlarına xeyli vəsait xərcləyir. Amma Çinin "Pipo" şirkəti dəb və innovasiyanı bir qurğuda birləşdirərək ucuz "C2" "ağıllı" saatlarını təklif edib.

"ICTnews" elektron xəbər xidməti "json.tv" saytına istinadən bildirir ki, Çin istehsalçısının yeni qurğusunun dəyəri 32 dollardır.

"Pipo C2" öz platforması ilə işləyir və kənar hissələri dəyirmi şəklində kvadrat siferblata malikdir, çıxarılıb-taxılan bilərzik və "Bluetooth" modulunun köməyi ilə smartfona qoşulma imkanı kimi "ağıllı" funksiyalara malikdir. "C2" siferblatında, həmçinin telefon nömrəsini yığmaq və ya rabitə qurğusu kimi istifadə etmək olar, çünki siferblat daxili dinamikə malikdir.

İstehsalçı, həmçinin qurğuya daxili addımölçən quraşdırıb.

Emil Hüseynov



Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024