12px13px15px17px
Tarix:10/03/15

Günəş batareyası ilə işləyən təyyarə yerətrafı uçuş həyata keçirəcək

Amerikanın “NBC News” telekanalı uçuşun təşkilatçılarından biri Andre Borşberqə istinadən məlumat verir ki, günəş batareyası ilə işləyən “Solar Impulse 2” adlı təyyarə martın 9-dan Əbu-Dabidən öz yerətrafı  uçuşuna başlayacaq. Beş ay ərzində uçuş aparatı 35 min kilometr məsafə qət etməlidir.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, uçuş zamanı Borşberq özü sükan arxasında oturacaq. Onu ikinci pilot – isveçrəli Bertran Pikar əvəz edəcək.
 
Təxmin edilir ki, marşrut Əbu-Dabidən Omana, daha sonra Hindistan və Çini əhatə edəcək. Bundan sonra Sakit okean, ABŞ və Avropa ölkələri üzərindən uçuş həyata keçiriləcək.
 
“Solar Impulse 2” birinci nümunənin təkmilləşdirilmiş variantıdır.
 
Uçuş aparatının qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metr təşkil edir və çəkisi təxminən 2,3 tondur. Təyyarənin ölçüləri “Airbus A380” adlı ən böyük sərnişin daşıyıcısı ilə müqayisə oluna bilər.
 
Təyyarənin əksər hissəsini təxminən 17 min fotoelement əhatə edir ki, litium-ion batareyaları ilə birgə aparatın mühərrikinin işini təmin edir. Təyyarənin sürəti saatda 140 km-ə bərabərdir, aparat 12 min kilometr hündürlükdə uça bilir.
 
Emil Hüseynov
 



Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024