Tarix:10/03/15
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, ilkin sifariş etmiş ilk alıcılar 289 avro ödəməklə “Click Arm One” modulyar planşetinə sahib ola bilərlər. Planşetin adındakı “ARM” sözü “Advanced Removable Modules” kimi izah edilir və eyni adlı mikroçip istehsalçısı ilə heç bir əlaqəsi yoxdur. Planşetlərin birinci partiyası məhdud sayda buraxılacaq.
İstifadəçilər yalnız modulları deyil, həmçinin üç əməliyyat sistemindən (“Tizen”, “Android” və ya “Ubuntu”) birini seçə biləcək. Əgər istifadəçi təsadüfən planşetin ekranını sındırsa, onu asanlıqla yenisi ilə dəyişmək mümkün olacaq. Həmçinin 1280x800 nöqtə təsvir ölçülü cari ekranı başqa böyük təsvir ölçülü ekranla əvəz etmək mümkün olacaq.
Planşetin əsas çıxarılıb taxılan modulu “Samsung Exynos 4412” mərkəzi prosessoru və 2 QB əməli yaddaşdan ibarətdir.
Başqa modullar “HDMI” port, “Wi-Fi”, “Bluetooth”, “USB” port və 16 QB daxili yaddaşa malik sistem lövhədən ibarətdir. Başqa sözlə, bu planşet adi fərdi kompüteri xatırladır və istifadəçi hansısa elementi asanlıqla dəyişə bilər.
Emil Hüseynov
İlk modulyar planşet əlçatandır
“Google” şirkəti modulyar smartfon, “Blocks” şirkəti modulyar “ağıllı” saatlar üzərində işləyir. Bəs modulyar planşetlər üzərində hansı şirkət işləyir? İspaniyanın “ImasD” şirkəti “Click Arm One” adlı dünyanın ilk modulyar planşeti üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Cihaz 10 düymlük ekranla təchiz edilib."ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, ilkin sifariş etmiş ilk alıcılar 289 avro ödəməklə “Click Arm One” modulyar planşetinə sahib ola bilərlər. Planşetin adındakı “ARM” sözü “Advanced Removable Modules” kimi izah edilir və eyni adlı mikroçip istehsalçısı ilə heç bir əlaqəsi yoxdur. Planşetlərin birinci partiyası məhdud sayda buraxılacaq.
İstifadəçilər yalnız modulları deyil, həmçinin üç əməliyyat sistemindən (“Tizen”, “Android” və ya “Ubuntu”) birini seçə biləcək. Əgər istifadəçi təsadüfən planşetin ekranını sındırsa, onu asanlıqla yenisi ilə dəyişmək mümkün olacaq. Həmçinin 1280x800 nöqtə təsvir ölçülü cari ekranı başqa böyük təsvir ölçülü ekranla əvəz etmək mümkün olacaq.
Planşetin əsas çıxarılıb taxılan modulu “Samsung Exynos 4412” mərkəzi prosessoru və 2 QB əməli yaddaşdan ibarətdir.
Başqa modullar “HDMI” port, “Wi-Fi”, “Bluetooth”, “USB” port və 16 QB daxili yaddaşa malik sistem lövhədən ibarətdir. Başqa sözlə, bu planşet adi fərdi kompüteri xatırladır və istifadəçi hansısa elementi asanlıqla dəyişə bilər.
Emil Hüseynov
Baxış sayı: 617
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib