Tarix:12/03/15
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Galaxy Xcover 3” smartfonu “MIL-STD 810G” hərbi standartına uyğun hazırlanıb ki, bu da 1,2 metr hündürlükdən yerə düşmə zamanı işləmək qabiliyyətinin saxlanılmasına zəmanət verir. “IP67” sertifikatı toz və sudan müdafiəni göstərir: cihaz 30 dəqiqə ərzində 1 metr dərinliyində suyun altında qala bilir.
Smartfon 1.2 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib. Əməli yaddaşın tutumu 1,5 QB, fləş modulun tutumu 8 QB (“microSD” yaddaş kartının hesabına artırmaq mümkündür) təşkil edir.
“Galaxy Xcover 3” smartfonu 800×480 piksel təsvir ölçülü 4,5 düymlük ekrana malikdir. Əsas kamera 5 meqapiksel, ön kamera isə 2 meqapiksel təsvir ölçüsünə malikdir. Əsas kamera sualtı çəkiliş rejimi əlçatandır. Modelin qalınlığı 9,95 mm, çəkisi 154 qramdır.
Həmçinin rəqəmli kompas, “GPS” və “NFC” modulları, 2200 milliamper/saat tutumunda akkumulyator batareyası quraşdırılıb. Aparat “LTE” şəbəkəsini dəstəkləyir.
“Galaxy Xcover 3” smartfonuna “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
Emil Hüseynov
“Samsung” şirkəti “Galaxy Xcover 3” smartfonunu nümayiş etdirib
“Samsung” şirkəti “Galaxy Xcover 3” smartfonunu təqdim edib. “Android” mobil platforması ilə işləyən aparat 16-20 mart tarixlərində Almaniyada keçiriləcək “CeBIT 2015” sərgisində nümayiş etdiriləcək."ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Galaxy Xcover 3” smartfonu “MIL-STD 810G” hərbi standartına uyğun hazırlanıb ki, bu da 1,2 metr hündürlükdən yerə düşmə zamanı işləmək qabiliyyətinin saxlanılmasına zəmanət verir. “IP67” sertifikatı toz və sudan müdafiəni göstərir: cihaz 30 dəqiqə ərzində 1 metr dərinliyində suyun altında qala bilir.
Smartfon 1.2 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib. Əməli yaddaşın tutumu 1,5 QB, fləş modulun tutumu 8 QB (“microSD” yaddaş kartının hesabına artırmaq mümkündür) təşkil edir.
“Galaxy Xcover 3” smartfonu 800×480 piksel təsvir ölçülü 4,5 düymlük ekrana malikdir. Əsas kamera 5 meqapiksel, ön kamera isə 2 meqapiksel təsvir ölçüsünə malikdir. Əsas kamera sualtı çəkiliş rejimi əlçatandır. Modelin qalınlığı 9,95 mm, çəkisi 154 qramdır.
Həmçinin rəqəmli kompas, “GPS” və “NFC” modulları, 2200 milliamper/saat tutumunda akkumulyator batareyası quraşdırılıb. Aparat “LTE” şəbəkəsini dəstəkləyir.
“Galaxy Xcover 3” smartfonuna “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
Emil Hüseynov
Baxış sayı: 570
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib