12px13px15px17px
Tarix:13/03/15

“Swatch” “ağıllı” saat bazarına çıxır

Saat istehsalı üzrə dünya lideri “Swatch Group” "ağıllı" saat bazarına çıxış üzrə planını açıqlayıb. İstehsalçı “Apple” və ya “Motorola” şirkətlərinin ideyalarını kopyalamayacaq, "ağıllı" simsiz funksiyaları artıq mövcud olan modellərə inteqrasiya edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “kommersant.ru” saytına istinadən bildirir ki, İsveçrənin “Swatch Group” şirkəti, nəhayət, son zamanlar aparıcı texnologiya şirkətlərinin istehsalı olan “ağıllı” saatlarla bağlı öz fikrini açıqlayıb. Başqa istehsalçılardan fərqli olaraq, dünya saat bazarının təxminən 18 faizinə nəzarət edən “Swatch” şirkəti xüsusi "ağıllı" saat modeli yaratmaqdan imtina edib və ayrı-ayrı funksiyaları artıq mövcud olan modellərə inteqrasiya etmək niyyətindədir. Məsələn, bir vaxtlar “Swatch” daxili peycerə malik saat buraxmış yeganə şirkət olub.
 
"Biz "ağıllı" saata funksiyaların inteqrasiyası üzrə dünya lideriyik və  əldə daşınıla bilən mini-smartfon yaratmağa hazırlaşmırıq. Qoy başqa şirkətlər bu işlə məşğul olurlar" – 2014-cü ildə şirkətin fəaliyyətinə həsr edilmiş mətbuat konfransında çıxış etmiş şirkətin direktoru Nik Xayek belə deyib.
 
“Swatch” şirkəti öz diqqətini iki əsas istiqamət (yaxın məsafədən kontaktsız rabitə texnologiyası (“NFC”) və “Bluetooth” texnologiyası) üzrə cəmləyib. “NFC” texnologiyası kontaktsız ödənişlər etməyə və ya elektron qıfılları açmağa imkan verir. Belə funksiyaya malik “Swatch” saatları artıq iki ay sonra satışa çıxarılacaq. Bunun üçün saat nəhəngi artıq Çinin “UnionPay” sistemi, İsveçrənin böyük bankı (adı açıqlanmır) və qlobal ödəmə kartları sistemi ilə əməkdaşlığa başlayıb.
 
Öz sahiblərinə smartfonla əlaqə yaratmağa imkan verən “Bluetooth” texnologiyasına malik “Swatch” saatları yayda əlçatan olacaq. İlk model təxminən 135 İsveçrə frankı dəyərində satılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024