Tarix:16/03/15
Yeni model “Samsung Galaxy S 10.5” planşetinin modifikasiya edilmiş, qabaqcıl təhlükəsizlik sisteminə malik variantıdır. Bu sistem sayəsində qurğu ilk növbədə korporativ istifadəçilər və dövlət qulluqçuları üçün nəzərdə tutulub.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, sözügedən qurğu məxfi sənədlərlə təhlükəsiz işləməyə imkan verən yüksək dərəcəli kibermühafizə vasitələrinə malikdir. Daha əvvəl “BlackBerry” tərəfindən satın alınmış “Secusmart” səsli rabitə vasitələrinin şifrlənməsi istehsalçısının texnologiyaları bu müdafiəni təmin edir. Bu halda “Secusmart” tərəfindən hazırlanmış aparat şifrlənməsi modulu planşetə quraşdırılan “microsd” formatlı xüsusi kartda yerləşir.
Planşetin işlənib hazırlanmasında, həmçinin “IBM” korporasiyası iştirak edib.
2015-ci ilin yayında “Secutablet” planşetlərinin satışına başlanılacaq.
Emil Hüseynov
“BlackBerry” təhlükəsiz “Secutablet” planşetini nümayiş etdirib
Kanadanın “BlackBerry” şirkəti “Samsung” və “IBM” ilə birgə hazırlanmış “Secutablet” planşetini nümayiş etdirib.Yeni model “Samsung Galaxy S 10.5” planşetinin modifikasiya edilmiş, qabaqcıl təhlükəsizlik sisteminə malik variantıdır. Bu sistem sayəsində qurğu ilk növbədə korporativ istifadəçilər və dövlət qulluqçuları üçün nəzərdə tutulub.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, sözügedən qurğu məxfi sənədlərlə təhlükəsiz işləməyə imkan verən yüksək dərəcəli kibermühafizə vasitələrinə malikdir. Daha əvvəl “BlackBerry” tərəfindən satın alınmış “Secusmart” səsli rabitə vasitələrinin şifrlənməsi istehsalçısının texnologiyaları bu müdafiəni təmin edir. Bu halda “Secusmart” tərəfindən hazırlanmış aparat şifrlənməsi modulu planşetə quraşdırılan “microsd” formatlı xüsusi kartda yerləşir.
Planşetin işlənib hazırlanmasında, həmçinin “IBM” korporasiyası iştirak edib.
2015-ci ilin yayında “Secutablet” planşetlərinin satışına başlanılacaq.
Emil Hüseynov
Baxış sayı: 1038
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib