12px13px15px17px
Tarix:17/03/15

Azərbaycanın milli pavilyonu “CeBİT-2015” beynəlxalq telekommunikasiya sərgisində böyük marağa səbəb olub

Almaniyanın Hannover şəhərində "CeBİT-2015" beynəlxalq telekommunikasiya sərgisi keçirilir.

Martın 16-dan öz işinə başlayan sərgi bu ayın 20-də başa çatacaq. Sərgidə Azərbaycan milli pavilyonu çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ASAN və İKT sahəsində fəaliyyət göstərən 15 şirkət iştirak edir.

 
Azərbaycan nümayəndə heyətinə RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov rəhbərlik edir.
 
 
Sərgi iştirakçıları arasında Azərbaycanın təqdim etdiyi pavilyona xüsusi maraq göstərilib. Tədbir iştirakçıları əsasən regional Data mərkəz layihəsinə və telekommunikasiya peyki "Azerspace-1"-ə diqqət yetirərək onların barələrində məlumat toplayıblar.
 
 
Qeyd edək ki, sərgi çərçivəsində RYTN-in əməkdaşları bir sıra iri şirkətlərin nümayəndələri və xarici Data mərkəzlərin üzvləri ilə görüşlər keçirib və müxtəlif mövzular üzrə fikir mübadiləsi aparıblar.
 
 
SEYMUR
 
 



Baxış sayı: 1651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024