Tarix:29/03/15
Yeni biometrik texnologiya Stenford Elmi Tədqiqat İnstitutu, müxtəlif innovasiyalı layihələrlə məşğul olan ABŞ-ın qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb.
İstehsalçı bəyan edib ki, “Iris on the Move” texnologiyası barmaq izinin qeydə alınması üçün smartfonlarda tətbiq edilən daktiloskopik sensorlarla müqayisədə 1000 dəfə daha yüksək dəqiqliyi təmin edir. “Samsung Galaxy Tab Pro 8.4” aparatı gözün qüzehi qişasının skanerinə malik ilk cihaz olacaq.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki,
şirkətin mini-kompüteri 2560x1600 piksel təsvir ölçülü 8,4 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru, 2 QB əməli yaddaş, 32 QB-lıq fləş modul, 2 və 8 meqapiksellik matrislə təchiz edilmiş kameralar, “Wi-Fi a/b/g/n/ac” və “Bluetooth 4.0” simsiz şəbəkə adapterləri, həmçinin “GPS/GLONASS” qəbuledicisi ilə təchiz edilib.
Sözügedən model aprelin 17-də təhlükəsizlik məsələlərinə həsr edilmiş “ISC West 2015” konfransında nümayiş etdiriləcək.
Emil Hüseynov
“Samsung”un smartfonları gözün qüzehi qişasının skaneri ilə təchiz ediləcək
Cənubi Koreyanın “Samsung” şirkəti mobil qurğu istifadəçilərinin eyniləşdirməsini gözün qüzehi qişasının skan edilməsi yolu ilə həyata keçirməyə imkan verən “Iris on the Move” (IOM) texnologiyasını lisenziyalaşdırıb.Yeni biometrik texnologiya Stenford Elmi Tədqiqat İnstitutu, müxtəlif innovasiyalı layihələrlə məşğul olan ABŞ-ın qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb.
İstehsalçı bəyan edib ki, “Iris on the Move” texnologiyası barmaq izinin qeydə alınması üçün smartfonlarda tətbiq edilən daktiloskopik sensorlarla müqayisədə 1000 dəfə daha yüksək dəqiqliyi təmin edir. “Samsung Galaxy Tab Pro 8.4” aparatı gözün qüzehi qişasının skanerinə malik ilk cihaz olacaq.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki,
şirkətin mini-kompüteri 2560x1600 piksel təsvir ölçülü 8,4 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru, 2 QB əməli yaddaş, 32 QB-lıq fləş modul, 2 və 8 meqapiksellik matrislə təchiz edilmiş kameralar, “Wi-Fi a/b/g/n/ac” və “Bluetooth 4.0” simsiz şəbəkə adapterləri, həmçinin “GPS/GLONASS” qəbuledicisi ilə təchiz edilib.
Sözügedən model aprelin 17-də təhlükəsizlik məsələlərinə həsr edilmiş “ISC West 2015” konfransında nümayiş etdiriləcək.
Emil Hüseynov
Baxış sayı: 1342
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib