12px13px15px17px
Tarix:01/04/15

“Samsung” smartfon funksiyasına malik ilk “ağıllı” bıçaq təqdim edib

Cənubi Koreyanın "Samsung" şirkəti smartfon funksiyalarına malik "Galaxy Blade edge" adlı dünyanın ilk "ağıllı" bıçağını təqdim edib.

Qurğu "Galaxy S6" smartfonunun bütün özəlliklərinə ("Android" əməliyyat sistemi, "TouchWiz" istifadəçi interfeysi və əla kamera) malikdir.

Almaz örtüklü çox iti keramika bıçaq "Galaxy" seriyasının yeni nümayəndəsini mətbəxdə əvəzolunmaz köməkçiyə çevirir. Bundan başqa, sözügedən bıçaq qatlanan qulpa malikdir və alıcının istəyi ilə zeytun ağacı, keramika, paslanmayan poladdan hazırlana bilər.

"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, "Samsung Knox" texnologiyası sayəsində "Blade edge"dən istifadə həmişə təhlükəsizdir. Barmaqların müəyyən edilməsi mexanizmi bıçaq vasitəsilə kəsilmələrin qarşısını alır, antivirus müdafiəsi isə istifadəçiləri inqrediyentlərdə arzuolunmaz mikroblar haqda xəbərdar edir.

Əlavə olaraq "Galaxy Blade" sudan müdafiəyə malikdir və yanğın təhlükəsizliyi tələblərinə cavab verir. Komplektə daxil olan stilus öz əsas funksiyasından başqa, termometr və ya şup kimi istifadə oluna bilər.

Emil Hüseynov



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024