Tarix:06/04/15
Ölkə alimləri tərəfindən artıq tikilinin planı hazırlanıb. Yer səthindən 36 min km hündürlükdə yerləşəcək nəhəng elektrostansiyanın sahəsi 6 kv.km təşkil edəcək. Plana görə, stansiya kosmosda ən böyük süni konstruksiya olacaq.
Geostasionar orbitdə dövr edən kosmik aparat olacaq elektrostansiyanın iri günəş batareyaları ilə təchiz edilməsi nəzərdə tutulur. Toplanan elektrik enerjisi Yerə lazer və ya mikrodalğalı şüalanma vasitəsilə göndəriləcək.
Bildirilir ki, kosmosda elektrostansiyanın inşasının üstünlüklərindən biri onun potensial effektivliyindədir. Belə ki, kosmosda yerləşdirilən günəş batareyaları enerjini Yer səthində olan batareyalardan on dəfə çox generasiya edə bilər.
Alimlərin fikrincə, layihənin uğurlu olacağı təqdirdə günəş elektrostansiyasının tikintisi planı enerji böhranını aradan qaldıracaq.
Bəzi tənqidçilər qeyd edirlər ki, layihə qarşısında çoxlu maneələr var. Onlardan başlıcası orbitə çıxmaq üçün tələb olunan xərclərdir. Stansiyanın çəkisi təxminən 10 min ton təşkil edəcək, halbuki əksər müasir raketlər orbitə çəkisi 100 tondan çox olan yükləri qaldıra bilir.
Çətinliklərə baxmayaraq Çin stansiyanı 2020-ci ilədək tikməyi planlaşdırır. Məlumata görə, layihənin dəyəri 1 trilyon dollar təşkil edəcək, - "3DNews” yazır.
Çin kosmosda günəş elektrostansiyası tikəcək
Çin Xalq Respublikası kosmosda günəş elektrostansiyası tikmək niyyətindədir. Bu barədə “Xinhua” informasiya agentliyi məlumat verib.Ölkə alimləri tərəfindən artıq tikilinin planı hazırlanıb. Yer səthindən 36 min km hündürlükdə yerləşəcək nəhəng elektrostansiyanın sahəsi 6 kv.km təşkil edəcək. Plana görə, stansiya kosmosda ən böyük süni konstruksiya olacaq.
Geostasionar orbitdə dövr edən kosmik aparat olacaq elektrostansiyanın iri günəş batareyaları ilə təchiz edilməsi nəzərdə tutulur. Toplanan elektrik enerjisi Yerə lazer və ya mikrodalğalı şüalanma vasitəsilə göndəriləcək.
Bildirilir ki, kosmosda elektrostansiyanın inşasının üstünlüklərindən biri onun potensial effektivliyindədir. Belə ki, kosmosda yerləşdirilən günəş batareyaları enerjini Yer səthində olan batareyalardan on dəfə çox generasiya edə bilər.
Alimlərin fikrincə, layihənin uğurlu olacağı təqdirdə günəş elektrostansiyasının tikintisi planı enerji böhranını aradan qaldıracaq.
Bəzi tənqidçilər qeyd edirlər ki, layihə qarşısında çoxlu maneələr var. Onlardan başlıcası orbitə çıxmaq üçün tələb olunan xərclərdir. Stansiyanın çəkisi təxminən 10 min ton təşkil edəcək, halbuki əksər müasir raketlər orbitə çəkisi 100 tondan çox olan yükləri qaldıra bilir.
Çətinliklərə baxmayaraq Çin stansiyanı 2020-ci ilədək tikməyi planlaşdırır. Məlumata görə, layihənin dəyəri 1 trilyon dollar təşkil edəcək, - "3DNews” yazır.
Baxış sayı: 929
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib