12px13px15px17px
Tarix:06/04/15

Klaviatura parkinson xəstəliyinə erkən mərhələdə diaqnoz qoymağa kömək edəcək

“Kompüter klaviaturasının klavişlərinə sıxmaların xarakterinin təhlili insanın dayaq-hərəkətedici funksiyasının vəziyyəti haqda bir çox məsələləri aydınlaşdırmağa imkan verir”.

Bu,  Massaçusets Texnologiya İnstitutunun, Harvard Universitetinin və başqa təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən dərc edilmiş hesabatda yazılıb.

"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, müəlliflər klavişin sıxılmış vəziyyətdə saxlanması vaxtını qeydə alan alqoritmlər hazırlayıb və bir sıra sınaqlar keçiriblər. Bu sınaqlar dayaq-hərəkətedici funksiyanın pisləşməsi barədə məlumat verən qanunauyğunluqları müəyyənləşdirməyə imkan verib.

Məsələn, yuxusuzluq zamanı klavişin sıxılmış vəziyyətdə saxlanması vaxtı doyunca yatmış insanla müqayisədə daha çox dəyişir. Başqa bir sınağa əsasən, müvafiq göstərici sağlam insanlarla müqayisədə parkinson xəstəliyindən əziyyət çəkənlərdə daha çox dəyişkəndir. Tədqiqatçıların fikrincə, onların metodu xəstələyi ən erkən mərhələlərdə aşkar etməklə böyük fayda verə bilər. İstehsalçılar hesab edirlər ki, müvafiq üsulla hərəkətedici qabiliyyətə təsir edən başqa xəstəliklərə də diaqnoz qoymaq olar.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024