Tarix:08/04/15
"Türkiyə və Azərbaycan hökumətlərinin Avrasiya İqtisadiyyat Zirvəsini dəstəkləmələri böyük məmnuniyyət doğurur".
Zirvənin açılışında Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov prezident İlham Əliyevin məktubunu oxuyub. Məktubda zirvə toplantılarının Avrasiya məkanındakı xalqlar və dövlətlər arasındakı münasibətlərin inkişafına xidmət etdiyini xatırladan prezident Əliyev, bölgədə gedən iqtisadi proseslərdə Azərbaycanın öncül rolundan bəhs edib. Böyük transmilli layihələrin icrasında əməli işlərin görülməyə başlandığına diqqəti cəlb edən dövlət başçısı bu prosesdə TANAP və TAP layihələrinin və inşasının bu ilin axırında başa çatması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayıb. İlham Əliyev iyunda Avropa Oyunlarını, 2 ildən sonra isə İslam Olimpiadasını uğurla keçirmək əzmində olduqlarını bildirib.
Açılış toplantısında çıxış edən Mərmərə Qrupu Vəqfinin başqanı Akkan Suver zirvə toplantılarına verdiyi dəstəyə görə Azərbaycana xüsusi təşəkkür edib. O, Avrasiya ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsində Azərbaycanın xüsusi roluna diqqət çəkib: "Bakı-Tbilisi-Qars dəmir yolu və Mərmərə layihəsi tarixi İpək yolunun canlandırılması istiqamətində mənim mənsub olduğum nəslin xəyallarının həyata keçirilməsinin real addımları olacaq".
A. Suver Mərmərə Qrupu Vəqfinin 30 illiyi münasibətilə xatirə poçt markası buraxılmasına verdiyi dəstəyə görə Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova təşəkkür edib.
XVIII Avrasiya İqtisadiyyat Zirvəsində Çernoqoriya, Bosniya-Herseqovina, Makedoniya və Moldovanın Qaqauz muxtar vilayətinin prezidentləri, Bolqarıstan, Moldova və Rumıniyanın keçmiş prezidentləri iştirak ediblər.
İki gün davam edən Zirvə toplantısında 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edib.
Sammit çərçivəsində "İpək yolu: iqtisadi, enerji və maliyyə", "Sülhə gedən yol", "İnsanlıq hara gedir?" mövzuları üzrə ayrı-ayrı bölmələrdə müzakirələr aparılıb.
Xatırladaq ki, 2014-cü ilin fevralında İstanbulda keçirilmiş XVII Avrasiya İqtisadi Zirvəsi çərçivəsində TANAP, TAP və "Şahdəniz-2" layihələrinin əhəmiyyəti, o cümlədən İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti XVIII Avrasiya İqtisadi Sammitində iştirak edir
İstanbulda XVIII Avrasiya İqtisadi Zirvə Sammiti işə başlayıb. Mərmərə Qrupu Vəqfinin təşkil etdiyi zirvənin açılış toplantısına sədrlik edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov geniş Avrasiya bölgəsinin iqtisadi inkişafında Mərmərə Qrupu Vəqfinin böyük xidməti olduğunu deyib:"Türkiyə və Azərbaycan hökumətlərinin Avrasiya İqtisadiyyat Zirvəsini dəstəkləmələri böyük məmnuniyyət doğurur".
Zirvənin açılışında Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov prezident İlham Əliyevin məktubunu oxuyub. Məktubda zirvə toplantılarının Avrasiya məkanındakı xalqlar və dövlətlər arasındakı münasibətlərin inkişafına xidmət etdiyini xatırladan prezident Əliyev, bölgədə gedən iqtisadi proseslərdə Azərbaycanın öncül rolundan bəhs edib. Böyük transmilli layihələrin icrasında əməli işlərin görülməyə başlandığına diqqəti cəlb edən dövlət başçısı bu prosesdə TANAP və TAP layihələrinin və inşasının bu ilin axırında başa çatması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayıb. İlham Əliyev iyunda Avropa Oyunlarını, 2 ildən sonra isə İslam Olimpiadasını uğurla keçirmək əzmində olduqlarını bildirib.
Açılış toplantısında çıxış edən Mərmərə Qrupu Vəqfinin başqanı Akkan Suver zirvə toplantılarına verdiyi dəstəyə görə Azərbaycana xüsusi təşəkkür edib. O, Avrasiya ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsində Azərbaycanın xüsusi roluna diqqət çəkib: "Bakı-Tbilisi-Qars dəmir yolu və Mərmərə layihəsi tarixi İpək yolunun canlandırılması istiqamətində mənim mənsub olduğum nəslin xəyallarının həyata keçirilməsinin real addımları olacaq".
A. Suver Mərmərə Qrupu Vəqfinin 30 illiyi münasibətilə xatirə poçt markası buraxılmasına verdiyi dəstəyə görə Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova təşəkkür edib.
XVIII Avrasiya İqtisadiyyat Zirvəsində Çernoqoriya, Bosniya-Herseqovina, Makedoniya və Moldovanın Qaqauz muxtar vilayətinin prezidentləri, Bolqarıstan, Moldova və Rumıniyanın keçmiş prezidentləri iştirak ediblər.
İki gün davam edən Zirvə toplantısında 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edib.
Sammit çərçivəsində "İpək yolu: iqtisadi, enerji və maliyyə", "Sülhə gedən yol", "İnsanlıq hara gedir?" mövzuları üzrə ayrı-ayrı bölmələrdə müzakirələr aparılıb.
Xatırladaq ki, 2014-cü ilin fevralında İstanbulda keçirilmiş XVII Avrasiya İqtisadi Zirvəsi çərçivəsində TANAP, TAP və "Şahdəniz-2" layihələrinin əhəmiyyəti, o cümlədən İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri müzakirə olunub.
Baxış sayı: 2251
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir