Tarix:09/04/15
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “HTC One M9+” smartfonu görünüşcə əvvəlki 5 düymlük modeli xatırladır və tamamilə metaldan hazırlanmış korpusa malikdir. Yeni qurğu 2560x1440 piksel təsvir ölçülü 5.2 düymlük displey, 3 QB əməli yaddaş, 32 QB daxili yaddaş, 2840 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. Smartfon 2,2 QHs takt tezlikli səkkiznüvəli “Mediatek MT6795T” prosessoru ilə təchiz edilib və “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi ilə işləyir.
Aparatın əsas kamerası ikiqat optika (3D effektlərin yaradılması üçün), 20 meqapiksellik matris və ön hissədə “UltraPixel” kamera quraşdırılıb. “Dolby Surround” dəstəkli “BoomSound” ön dinamikləri nəzərdə tutulub.
Digər bir faydalı yenilik daktiloskopik sensordur: aparatı blokdan çıxarmağa imkan verəcək və ya mobil ödənişlər həyata keçirmək mümkün olacaq. Smartfonun fizik ölçüləri 150,99x71,99x9,61 mm təşkil edir.
Yeni qurğunun satışa çıxarılma tarixi və dəyəri açıqlanmayıb.
Emil Hüseynov
“HTC” şirkəti yeni smartfonunu təqdim edib
Tayvanın “HTC” şirkəti yeni “One M9 +” planşetofonunu təqdim edib. Yeni qurğu şirkətin Pekində keçirilmiş konfransında təqdim edilib."ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “HTC One M9+” smartfonu görünüşcə əvvəlki 5 düymlük modeli xatırladır və tamamilə metaldan hazırlanmış korpusa malikdir. Yeni qurğu 2560x1440 piksel təsvir ölçülü 5.2 düymlük displey, 3 QB əməli yaddaş, 32 QB daxili yaddaş, 2840 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. Smartfon 2,2 QHs takt tezlikli səkkiznüvəli “Mediatek MT6795T” prosessoru ilə təchiz edilib və “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi ilə işləyir.
Aparatın əsas kamerası ikiqat optika (3D effektlərin yaradılması üçün), 20 meqapiksellik matris və ön hissədə “UltraPixel” kamera quraşdırılıb. “Dolby Surround” dəstəkli “BoomSound” ön dinamikləri nəzərdə tutulub.
Digər bir faydalı yenilik daktiloskopik sensordur: aparatı blokdan çıxarmağa imkan verəcək və ya mobil ödənişlər həyata keçirmək mümkün olacaq. Smartfonun fizik ölçüləri 150,99x71,99x9,61 mm təşkil edir.
Yeni qurğunun satışa çıxarılma tarixi və dəyəri açıqlanmayıb.
Emil Hüseynov
Baxış sayı: 615
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib