Tarix:13/04/15
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin məlumatına görə, ötən il simsiz rabitə və “GPS” modulunu dəstəkləyən “ağıllı” saat, həmçinin fiziki fəallığı izləyən fitnes bilərziklərinin satış həcmi 140 faiz yüksəlib.
2015-ci ildə satış həcminin 50 faiz artımı gözlənilir. Mütəxəssislər sorğu keçirməklə müəyyənləşdiriblər ki, istifadəçilərin 9 faizi "ağıllı" saat satın almağa hazırlaşır.
Analitiklər bildiriblər ki, çox vaxt belə cihazlar hədiyyə kimi bağışlanılır. İlin sonunda daşınan elektronikaya marağın artması buna sübutdur: “Futuresource” analitik şirkətinin hesablamasına görə, 2014-cü ildə daşınan elektronikanın ümumi satış həcminin 42 faizi ötən ilin dördüncü rübündə satılıb.
Mütəxəssislər bildiriblər ki, daşınan elektronika əsasən yaxşı fiziki formanın saxlanılması, sağlamlığın qorunması, həmçinin mobil rabitə üçün istifadə olunur. Gözləntilərə görə, 2015-ci ildə başqa tətbiq sahələri, həmçinin mobil ödənişlərin həyata keçirilməsi mümkün olacaq.
Emil Hüseynov
2014-cü ildə qlobal daşınan elektronika bazarının həcmi 8,9 milyard dolları ötüb
“Futuresource Consulting” analitik şirkətinin hesablamasına görə, 2014-cü ildə qlobal daşınan elektronika bazarının həcmi 8,9 milyard ABŞ dollarını və bu kateqoriyaya məxsus qurğuların tədarükü 56 milyonu ötüb."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin məlumatına görə, ötən il simsiz rabitə və “GPS” modulunu dəstəkləyən “ağıllı” saat, həmçinin fiziki fəallığı izləyən fitnes bilərziklərinin satış həcmi 140 faiz yüksəlib.
2015-ci ildə satış həcminin 50 faiz artımı gözlənilir. Mütəxəssislər sorğu keçirməklə müəyyənləşdiriblər ki, istifadəçilərin 9 faizi "ağıllı" saat satın almağa hazırlaşır.
Analitiklər bildiriblər ki, çox vaxt belə cihazlar hədiyyə kimi bağışlanılır. İlin sonunda daşınan elektronikaya marağın artması buna sübutdur: “Futuresource” analitik şirkətinin hesablamasına görə, 2014-cü ildə daşınan elektronikanın ümumi satış həcminin 42 faizi ötən ilin dördüncü rübündə satılıb.
Mütəxəssislər bildiriblər ki, daşınan elektronika əsasən yaxşı fiziki formanın saxlanılması, sağlamlığın qorunması, həmçinin mobil rabitə üçün istifadə olunur. Gözləntilərə görə, 2015-ci ildə başqa tətbiq sahələri, həmçinin mobil ödənişlərin həyata keçirilməsi mümkün olacaq.
Emil Hüseynov
Baxış sayı: 599
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib