12px13px15px17px
Tarix:14/04/15

Əksər kiberhücumlarda cinayətkarlar istifadəçilərin təcrübəsizliyindən istifadə edir

“Verizon” şirkətinin kibertəhdidlərə həsr olunan illik tədqiqatından məlum olub ki, 2014-cü ildə baş vermiş 290 elektron casusluq halının üçdə iki hissəsindən çoxu “fishing” hücumu olub.

On əməkdaşın “fishing” linkinin olduğu qoşma məktubun göndərilməsi cinayətkarlara qeydə alınan halların 90 faizində korporativ şəbəkənin içinə daxil olmağa imkan verir.
 
Haker hücumlarının çoxu əməkdaşların elektron bildirişlərdə zərərli linklərə keçməsinə, şirkətlərin proqram təminatında boşluqları aradan qaldırmamasına və ya İT mütəxəssislərinin sistemləri lazımınca sazlamamasına görə uğurlu olur.
 
“Verizon”un tədqiqatı göstərir ki, yeni boşluqlar cinayətkarlar tərəfindən təsadüfi hallarda istifadə olunur, halbuki 2014-cü ildə hücumların əksəriyyəti düzəlişləri 2007, 2010, 2011, 2012 və 2013-cü illərdə buraxılan boşluqlar sayəsində həyata keçirilib, - "SecurityLabyazır.



Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024