12px13px15px17px
Tarix:16/04/15

“Apple” mobil kamera istehsalçısını satın alıb

"The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən yazır ki, "Apple" korporasiyası mobil çəkiliş üçün texnologiya istehsalçısı "LinX" şirkətini 20 milyon dollara satın alıb.

"Apple" şirkətinin bu xəbərə rəsmi şərhi standart olub: "Biz vaxtaşırı kiçik texnologiya şirkətlərini satın alırıq. Bir qayda olaraq, biz hədəf və planlarımızı müzakirə etmirik".

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "LinX" mobil qurğular üçün kameraların hazırlanması üzrə ixtisaslaşıb. Şirkətin texnologiyalarının köməyi ilə təsvirdə fokusu dəyişdirmək, fonu ləğv etmək, "3D" fotoşəkillər çəkmək, həmçinin zəif işıqlandırma şəraitində keyfiyyətli fotoşəkillər çəkmək mümkündür.

"LinX" şirkətinin nümayəndəsi iddia edir ki, onların kameraları güzgülü aparatların köməyi ilə çəkilmiş fotoşəkillərdəki keyfiyyəti təmin edir.

"LinX" şirkətinin texnologiyaları "Apple"ın smartfon və planşetlərində tətbiq edilə bilər.

Emil Hüseynov



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024