12px13px15px17px
Tarix:16/04/15

“Jawbone” şirkəti “Up2” və “Up4” fitnes bilərziklərini təqdim edib

Fitnes bilərzik bazarında ən tanınmış brendlərdən biri "Jawbone" şirkəti bu kateqoriya üzrə yeni qurğularını təqdim edib. Söhbət "Up4" və "UP2" qabaqcıl modellərindən gedir, birinci qurğu kontaktsız ödənişləri dəstəkləyir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Jawbone Up4" bilərziyi öz sələfi "Up3" cihazına oxşayır və mağazalarda alış-verişin kontaktsız ödənişini həyata keçirmək üçün daxili "NFC" adapterə malikdir. Lakin yalnız "American Express" kredit kartlarının sahiblərinə belə imkan əlçatandır. Bu halda fitnes bilərzik addımları, qət edilmiş məsafəni və sərf edilmiş kalorini hesablaya və insanın yuxudakı fiziki aktivliyini qeydə ala, həmçinin bədən və ətraf mühitin temperaturunu ölçə bilər.
 
"Jawbone Up2" istehsalçının istehsal xəttində ən yığcam fitnes bilərzikdir. Cihaz, həm yuxunun keyfiyyəti, həm də gündüz aktivliyini izləmək üçün istifadə edilə bilər.
 
"Jawbone Up2" bilərziyi üçün ilkin sifariş artıq əlçatandır. Qurğunun dəyəri 100 dollardır. 2015-ci ilin yayında satışa çıxarılacaq "Jawbone Up4" modelinin dəyəri iki dəfə baha olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024