Tarix:21/04/15
Qeyd edək ki, “OnePlus One” smartfonu bir il əvvəl satışa çıxarılıb, amma indiyədək yalnız “OnePlus” şirkətinin dəvəti ilə sözügedən qurğunu satın almaq mümkün idi.
Smartfonun açıq satışını elan edən “OnePlus” şirkətinin nümayəndəsi bildirib ki, bir il ərzində 1 milyondan çox smartfon satılıb.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “OnePlus” şirkəti Çinin “Oppo” elektronika istehsalçısının keçmiş prezidenti Pi Lau tərəfindən təsis edilib. Lau xarakteristikasına görə aparıcı istehsalçıların smartfonundan geri qalmayan, amma münasib qiymətə satılacaq smartfon buraxılışını planlayıb. Beləcə “OnePlus One” smartfonu yaradılıb: şirkət öz saytında qurğunu "qabaqcıl smartfonların qatili" adlandırır.
“OnePlus One” smartfonu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru və “Adreno 330” videosürətləndiricisi, 3 QB əməli yaddaş, “4K” formatında video çəkilişi dəstəkləyən 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera və 3100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
Emil Hüseynov
"Qabaqcıl smartfonların qatili"
“OnePlus” şirkəti “OnePlus One” smartfonunun açıq satışına icazə verib. Aparatı “OnePlus” şirkətinin rəsmi saytında satın almaq olar. 16 QB daxili yaddaşa malik modelin qiyməti 299, 64 QB-lıq versiyanın qiyməti isə 349 dollar təşkil edir. Şimali Amerika, Avropa və Asiya ölkələri daxil olmaqla 30-dan çox ölkəyə çatdırılma mümkündür.Qeyd edək ki, “OnePlus One” smartfonu bir il əvvəl satışa çıxarılıb, amma indiyədək yalnız “OnePlus” şirkətinin dəvəti ilə sözügedən qurğunu satın almaq mümkün idi.
Smartfonun açıq satışını elan edən “OnePlus” şirkətinin nümayəndəsi bildirib ki, bir il ərzində 1 milyondan çox smartfon satılıb.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “OnePlus” şirkəti Çinin “Oppo” elektronika istehsalçısının keçmiş prezidenti Pi Lau tərəfindən təsis edilib. Lau xarakteristikasına görə aparıcı istehsalçıların smartfonundan geri qalmayan, amma münasib qiymətə satılacaq smartfon buraxılışını planlayıb. Beləcə “OnePlus One” smartfonu yaradılıb: şirkət öz saytında qurğunu "qabaqcıl smartfonların qatili" adlandırır.
“OnePlus One” smartfonu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru və “Adreno 330” videosürətləndiricisi, 3 QB əməli yaddaş, “4K” formatında video çəkilişi dəstəkləyən 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera və 3100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
Emil Hüseynov
Baxış sayı: 1313
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib