12px13px15px17px
Tarix:22/04/15

“LG Electronics” yeni smartfonunu nümayiş etdirib

“LG Electronics” korporasiyası “Android 5.0 Lollipop” mobil proqram platforması ilə işləyən böyükölçülü smartfonunu nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni aparat 1280x720 piksel təsvir ölçüslü 5,7 düymlük ekran, 64 bitlik “Qualcomm Snapdragon 410” prosessoru və “Adreno 306” qrafik sürətləndiricisi ilə təchiz edilib.
 
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1,5 və 8 QB təşkil edir. Məzmunu, həmçinin “microSD” çıxarılıb taxılan daşıyıcılarda yadda saxlamaq olar. İstehsalçılar bildirib ki, belə daşıyıcıların tutumu 2 TB ola bilər. Lakin, hələ ki heç bir istehsalçı bu tutumda daşıyıcı təklif etməyib.
 
“LG G Stylo” qurğusu 8 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralar, “Bluetooth 4.1”, “Wi-Fi 802.11a/b/g/n”, “GPS”, “LTE” və “NFC” simsiz kommunikasiya vasitələri ilə təchiz edilib. Cihaza quraşdırılmış akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir. Korpusun qalınlığı 9,6 mm, çəkisi 163 qramdır.
 
2015-ci ilin aprelin sonunadək “LG G Stylo” qurğusunun satışına başlanılacaq. Smartfonun təxmini dəyəri təxminən 460 dollardır.
 
Emil Hüseynov



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024