Tarix:24/04/15
İtaliyanın “Mhox” tədqiqat şirkəti ümid edir ki, onun “EYE” onun layihəsi çərçivəsində yaradılacaq yeni süni gözlər sayəsində gələcəkdə bizim belə qabiliyyətlərə malik olmağımız mümkün olacaq. Süni gözlərin istehsalı xüsusi “3D” bioprinterlərində həyata keçiriləcək.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, sözügedən layihənin elmi fantastika kimi səslənməsinə baxmayaraq, onun 2027-ci ilin yanvarına kimi reallaşdırılması planlaşdırılıb. “Mhox” tədqiqat şirkəti artıq konsepsiyanı yaradıb.
“EYE” (“Enhance Your Eye”) layihəsi üç əsas aspektdən ibarətdir: “EYE Heal”, “EYE Enhance” və “EYE Advance”. İlk iki aspekt insan gözünün yeni funksiyalarla (müxtəlif vizual filtrlər, vizual təsvirin ötürülməsi imkanı, həmçinin görmə itiliyinin dəfələrlə artımı) təchizini, sonuncu aspekt isə qüsurlu göz almasının yeni süni göz protezi ilə tam əvəzlənməsini nəzərdə tutur. Bu halda hər bir aspekt insana yeni gələcək torlu qişanın forma və rəngində geniş seçim təklif edəcək.
“Mhox” şirkətinin nümayəndəsinin fikrincə, müxtəlif tipli "mürəkkəbə" malik xüsusi “3D” bioprinterlərin sayəsində yeni süni gözlərin istehsalı mümkün olacaq. Qeyd edək ki, bu layihə hələ ki yalnız konseptual şəkildə mövcuddur.
“Mhox” şirkətinin əsas dizayneri Filippo Nasetti bildirib ki, yeni süni gözün insana implantasiyası göz almalarının cərrahi müdaxilə nəticəsində çıxarılması və xüsusi süni əlaqələndirici implantatın quraşdırılması ilə başlanacaq, sonuncu beyindəki optik sinirlə yeni süni gözün əzələ liflərini birləşdirəcək. Süni orqanın daha müasiri ilə tez və asan əvəzlənməsi bu implantatın əsas özəlliyi olacaq.
Emil Hüseynov
İtaliya şirkəti süni göz yaradır
Təsəvvür edin ki, gözümüz bizi əhatə edən dünyanı yalnız rəngli deyil, həm də ağ-qara şəkildə göstərir və bu, birbaşa bizim elektron cihazlara ötürülür. Və ya təsəvvür edin ki, o qədər iti görmə qabiliyyətinə maliksiniz ki, çox uzaq məsafədə belə ən xırda detalları asanlıqla ayırd edə bilirsiniz.İtaliyanın “Mhox” tədqiqat şirkəti ümid edir ki, onun “EYE” onun layihəsi çərçivəsində yaradılacaq yeni süni gözlər sayəsində gələcəkdə bizim belə qabiliyyətlərə malik olmağımız mümkün olacaq. Süni gözlərin istehsalı xüsusi “3D” bioprinterlərində həyata keçiriləcək.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, sözügedən layihənin elmi fantastika kimi səslənməsinə baxmayaraq, onun 2027-ci ilin yanvarına kimi reallaşdırılması planlaşdırılıb. “Mhox” tədqiqat şirkəti artıq konsepsiyanı yaradıb.
“EYE” (“Enhance Your Eye”) layihəsi üç əsas aspektdən ibarətdir: “EYE Heal”, “EYE Enhance” və “EYE Advance”. İlk iki aspekt insan gözünün yeni funksiyalarla (müxtəlif vizual filtrlər, vizual təsvirin ötürülməsi imkanı, həmçinin görmə itiliyinin dəfələrlə artımı) təchizini, sonuncu aspekt isə qüsurlu göz almasının yeni süni göz protezi ilə tam əvəzlənməsini nəzərdə tutur. Bu halda hər bir aspekt insana yeni gələcək torlu qişanın forma və rəngində geniş seçim təklif edəcək.
“Mhox” şirkətinin nümayəndəsinin fikrincə, müxtəlif tipli "mürəkkəbə" malik xüsusi “3D” bioprinterlərin sayəsində yeni süni gözlərin istehsalı mümkün olacaq. Qeyd edək ki, bu layihə hələ ki yalnız konseptual şəkildə mövcuddur.
“Mhox” şirkətinin əsas dizayneri Filippo Nasetti bildirib ki, yeni süni gözün insana implantasiyası göz almalarının cərrahi müdaxilə nəticəsində çıxarılması və xüsusi süni əlaqələndirici implantatın quraşdırılması ilə başlanacaq, sonuncu beyindəki optik sinirlə yeni süni gözün əzələ liflərini birləşdirəcək. Süni orqanın daha müasiri ilə tez və asan əvəzlənməsi bu implantatın əsas özəlliyi olacaq.
Emil Hüseynov
Baxış sayı: 1345
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib