Tarix:27/04/15
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, biz istənilən mürəkkəb elektron sxemləri istənilən səthdə çap edə bilərik. Kağız, alüminium və plastik plyonka səth kimi istifadə edilə bilər. “Ağıllı” elektronikanı, hətta divar kağızının üzərinə çap etmək olar – Nanyansk Texnologiya Universitetinin professoru Cozef Çan “IBTimes UK” nəşrinə müsahibəsində belə deyib.
O hesab edir ki, belə elektronika xüsusən yaşlılar üçün faydalı olacaq, çünki onlar səsli komandaların köməyi ilə kompüterlə qarşılıqlı əlaqədə olmaq istəyirlər.
Siz divarla danışırsınız və divar sizə səsucaldan vasitəsilə cavab verir. Zəng etmək üçün mobil telefona ehtiyac yoxdur. Sadəcə, divara müraciət etmək kifayətdir – alim bildirib.
Çap elektronikasının hazırlanması prosesi futbolkalar üzərindəki çapla eynidir. Texnologiyanın universallığı elektron sxemləri artıq hazır məhsullara inteqrasiya etməyə imkan verir.
“NTU” komandası sözügedən ixtira üçün tətbiq sahəsi axtarır. Belə sahələrdən biri səhiyyədir. Elastik çap elektronikası, məsələn, “ağıllı” plastırlarda istifadə oluna bilər.
Emil Hüseynov
“Ağıllı” divar kağızları zəng etməyə imkan verəcək
Sinqapurun Nanyansk Texnologiya Universitetində çalışan alimlərin yaratdığı yeni çap elektronikası növü evin divarlarını rəqəmli qurğulara (kiçikölçülü kolonkalar, mikrofonlar, elektrik açarları və ötürücülər) çevirməyə imkan verəcək."ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, biz istənilən mürəkkəb elektron sxemləri istənilən səthdə çap edə bilərik. Kağız, alüminium və plastik plyonka səth kimi istifadə edilə bilər. “Ağıllı” elektronikanı, hətta divar kağızının üzərinə çap etmək olar – Nanyansk Texnologiya Universitetinin professoru Cozef Çan “IBTimes UK” nəşrinə müsahibəsində belə deyib.
O hesab edir ki, belə elektronika xüsusən yaşlılar üçün faydalı olacaq, çünki onlar səsli komandaların köməyi ilə kompüterlə qarşılıqlı əlaqədə olmaq istəyirlər.
Siz divarla danışırsınız və divar sizə səsucaldan vasitəsilə cavab verir. Zəng etmək üçün mobil telefona ehtiyac yoxdur. Sadəcə, divara müraciət etmək kifayətdir – alim bildirib.
Çap elektronikasının hazırlanması prosesi futbolkalar üzərindəki çapla eynidir. Texnologiyanın universallığı elektron sxemləri artıq hazır məhsullara inteqrasiya etməyə imkan verir.
“NTU” komandası sözügedən ixtira üçün tətbiq sahəsi axtarır. Belə sahələrdən biri səhiyyədir. Elastik çap elektronikası, məsələn, “ağıllı” plastırlarda istifadə oluna bilər.
Emil Hüseynov
Baxış sayı: 1724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib