Tarix:27/04/15
Qurğuları inşa edən “Kyocera Corporation” və “Century Tokyo Leasing Corporation” şirkətlərinin nümayəndələrinin sözlərinə görə, üzən elektrostansiyaların ümumi gücü ildə 3300 meqavat-saat təşkil edir. Stansiyalar birlikdə yaxınlıqdakı 920 evi elektrik enerjisi ilə təmin edə bilir.
Bildirilir ki, suda yerləşən panellər evlərin damında quraşdırılan ənənəvi günəş panelləri ilə müqayisədə daha çox enerji generasiya edir. Üzən elektrostansiyaların işinin effektivliyi onların suda yerləşməsi səbəbindən güclü soyutma nəticəsində artır. Üzən elektrostansiyalarda “Kyocera” şirkətinin istehsalı olan polietilen platformalara quraşdırılan və qasırğaya davamlı 11 256 ədəd 255 voltluq modul var.
Bu halda üzən platformaların yaratdığı kölgə yerli göllərdə yosunların artımını, eləcə də onların buxarlanma səviyyəsiniə azalda bilir, - "Hi-News” www.hi-news.ru” yazır.
Yaponiyada iki üzən günəş elektrostansiyası tikilib
Yaponiyada iki üzən günəş elektrostansiyası tikilib Yaponiyanın Kato şəhərində yerləşən Nişihira və Hiqaşihira göllərinin su səthində iki nəhəng üzən günəş elektrostansiyasının inşası başa çatıb.Qurğuları inşa edən “Kyocera Corporation” və “Century Tokyo Leasing Corporation” şirkətlərinin nümayəndələrinin sözlərinə görə, üzən elektrostansiyaların ümumi gücü ildə 3300 meqavat-saat təşkil edir. Stansiyalar birlikdə yaxınlıqdakı 920 evi elektrik enerjisi ilə təmin edə bilir.
Bildirilir ki, suda yerləşən panellər evlərin damında quraşdırılan ənənəvi günəş panelləri ilə müqayisədə daha çox enerji generasiya edir. Üzən elektrostansiyaların işinin effektivliyi onların suda yerləşməsi səbəbindən güclü soyutma nəticəsində artır. Üzən elektrostansiyalarda “Kyocera” şirkətinin istehsalı olan polietilen platformalara quraşdırılan və qasırğaya davamlı 11 256 ədəd 255 voltluq modul var.
Bu halda üzən platformaların yaratdığı kölgə yerli göllərdə yosunların artımını, eləcə də onların buxarlanma səviyyəsiniə azalda bilir, - "Hi-News” www.hi-news.ru” yazır.
Baxış sayı: 612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib