Tarix:30/04/15
"Biz alsqeymer xəstəliyindən əziyyət çəkən xəstələrin həyatını yüngülləşdirmək istəyirdik. Hərçənd hazırda alsqeymer xəstəliyi sağalmazdır, amma bu yaxınlarda dərc edilmiş tədqiqat məlumatlarına əsasən, xəstənin keçmişi haqda müntəzəm xatırlatmalar şəklində əqli stimulyasiya bu xəstəliyin inkişafını zəiflədə bilər. Biz bu imkandan yararlandıq" – tərtibatçılar komandasının direktoru Azər Cafura bildirib.
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, "Backup Memory" mobil tətbiqi xəstə və onun yaxınlarının smartfonuna quraşdırılır və onlar profil yaradaraq köhnə fotoşəkil və videoyazıları ora əlavə edirlər. Alsqeymer xəstəliyindən əziyyət çəkən pasiyentdən 10 metr radiusda oxşar profil sahibi göründükdə xəstənin profili açılır və o, fotoşəkillərə baxaraq xatırlayır. Smartfonlar arasında qoşulma "Bluetooth" simsiz rabitəsi vasitəsilə həyata keçirilir.
Keçirilmiş sınaqlarda "Backup Memory" mobil proqramı öz səmərəliliyini nümayiş etdirib. Həkim Meriam Labidi bildirib ki, mobil proqramdan istifadə edən xəstələrin vəziyyəti yaxşılaşıb.
Emil Hüseynov
“Samsung” alsqeymer xəstəliyindən əziyyət çəkən insanlara kömək edəcək
"Samsung" şirkətinin Tunis bölməsinin əməkdaşları boş vaxtlarında alsqeymer xəstəliyindən əziyyət çəkən insanlara kömək üçün nəzərdə tutulmuş "Backup Memory" adlı "Android" proqram hazırlayıblar."Biz alsqeymer xəstəliyindən əziyyət çəkən xəstələrin həyatını yüngülləşdirmək istəyirdik. Hərçənd hazırda alsqeymer xəstəliyi sağalmazdır, amma bu yaxınlarda dərc edilmiş tədqiqat məlumatlarına əsasən, xəstənin keçmişi haqda müntəzəm xatırlatmalar şəklində əqli stimulyasiya bu xəstəliyin inkişafını zəiflədə bilər. Biz bu imkandan yararlandıq" – tərtibatçılar komandasının direktoru Azər Cafura bildirib.
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, "Backup Memory" mobil tətbiqi xəstə və onun yaxınlarının smartfonuna quraşdırılır və onlar profil yaradaraq köhnə fotoşəkil və videoyazıları ora əlavə edirlər. Alsqeymer xəstəliyindən əziyyət çəkən pasiyentdən 10 metr radiusda oxşar profil sahibi göründükdə xəstənin profili açılır və o, fotoşəkillərə baxaraq xatırlayır. Smartfonlar arasında qoşulma "Bluetooth" simsiz rabitəsi vasitəsilə həyata keçirilir.
Keçirilmiş sınaqlarda "Backup Memory" mobil proqramı öz səmərəliliyini nümayiş etdirib. Həkim Meriam Labidi bildirib ki, mobil proqramdan istifadə edən xəstələrin vəziyyəti yaxşılaşıb.
Emil Hüseynov
Baxış sayı: 669
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib