12px13px15px17px
Tarix:04/05/15

“Lenovo” şirkəti ucuz smartfonunu nümayiş etdirib

“Lenovo” şirkəti “A3900” adlı yeni smartfon modelini nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, qurğu 854x480 nöqtə təsvir ölçülü 5 düymlük sensor ekrana malikdir və 1,2 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6752” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 512 MB, daxili fləş yaddaşın tutumu isə 4 QB (yaddaş kartının köməyi ilə artırmaq olar) təşkil edir.
 
Arxa paneldə “LED” işıqlandırıcıya malik 5 meqapiksellik kamera, ön paneldə isə 2 meqapiksellik kamera quraşdırılıb. Aparat “3G” və “4G” rabitə şəbəkələrini, “Wi-Fi” və “Bluetooth” simsiz interfeyslərini dəstəkləyir. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. Yeni qurğunun ölçüləri 142,8×71,8×8,95 mm, çəkisi 157 qramdır. Qurğu “Android 4.4” əməliyyat sisteminin idarəetməsi ilə  işləyir.
 
Cihazın satış qiyməti 80 dollardır.
 
Emil Hüseynov



Baxış sayı: 1147

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024