12px13px15px17px
Tarix:13/05/15

Smartfon və planşetlər üçün dünyada ilk 10 nüvəli prosessor təqdim edilib

Smartfon və planşetlər üçün ilk 10 nüvəli prosessor təqdim edilib. Bu prosessor avtomobilin ötürmə qutusu prinsipi üzrə hazırlanıb.
 
Tayvanın “MediaTek” şirkəti smartfon və planşetlər üçün ilk 10nüvəli “Helio X20” prosessorunu nümayiş etdirib. Yeni çip mobil oyunlar, təsvir və videoların işlənməsindəaparat təminatına artan tələbi təmin etmək üçün nəzərdə tutulub.
 
2013-cü ildə buraxılmış “MediaTek MT6592” prosessorundan (mobil qurğular üçün ilk səkkiznüvəli prosessor) fərqli olaraqyeni prosessorda 10 nüvənin hər biri eyni zamanda işləmir.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Tri-Cluster” adlanan prosessor arxitekturası “ARM big.LITTE” arxitekturasını xatırladır. Amma yeni prosessor arxitekturası üç hesablama klasterinəəsaslanır. “CorePilot 3.0” alqoritmi klasterləri idarə edir: cari məsələnin həlli üçün ən səmərəli klasteri seçir.
 
Şirkətin nümayəndəsi hesab edir ki, 2015-ci ilin sonunadək yeni 10 nüvəli prosessorun kütləvi istehsalına başlanılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024