12px13px15px17px
Tarix:16/05/15

“Google” şirkətinin avtonom avtomobilləri yayda Kaliforniya yollarında sınaqdan keçiriləcək

“Google” şirkətinin sürücüsüz avtomobili üzərində işlər çox sürətlə aparılır: ötən ilin dekabrında ilk işlək prototip nümayiş etdirilib.

İndi isə “Google”un bloqunda yazılıb ki, cari ilin yayında ilk prototiplər Kaliforniyada sınaqdan keçiriləcək. “Google” şirkəti bağlı şəraitdə keçirilmiş sınaqların nəticələrindən razıdır və məlumat verib ki, avtomobilin bütün sensor və proqram təminatı yüksək səviyyədə işləyir.
 
 
"ICTnews" elektron xəbər xidməti “gagadget.com” saytına istinadən bildirir ki, avtomobillər saatda 25 mil (təxminən 40 km/saat) sürətlə hərəkət edəcək və sükan arxasında sürücü olacaq və zərurət olduqda idarəetməyə nəzarət edə bilər.
 
Emil Hüseynov



Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024