12px13px15px17px
Tarix:18/05/15

“Ubuntu” əməliyyat sistemi ilə işləyən ikinci smartfon təqdim edilib

“Meizu” şirkəti “Ubuntu Touch” platforması ilə işləyən “Ubuntu MX4” smartfonunu çıxarıb. Bu qurğu “Ubuntu” əməliyyat sistemi ilə işləyən ikinci smartfondur.
 
“Ubuntu MX4” aparatı 1920x1152 piksel təsvir ölçülü 5,4 düymlük ekran, səkkiznüvəli “MediaTek MT6595” prosessoru, 2 QB əməli, 16 və ya 32 QB daxili yaddaşla təchiz edilib. Smartfonda yaddaş kartı slotu yoxdur.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, aparat 20,7 meqapiksellik təsvir ölçülü (“Sony Exmor RS” sensoru) əsas kamera ilə təchiz edilib. Ön fotokameranın təsvir ölçüsü 4 meqapiksel təşkil edir. Yeni model “LTE” texnologiyasını dəstəkləyir.
 
Çində 16 QB daxili yaddaşa malik “Ubuntu MX4” smartfonunun qiyməti 291 dollar, 32 QB daxili yaddaşa malik model isə 337 dollardır. Yeni qurğu dörd rəng variantında əlçatandır.
 
Emil Hüseynov



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024