12px13px15px17px
Tarix:19/05/15

BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə verdiyi böyük töhfəyə görə Azərbaycan qızıl medalla təltif edildi (FOTOLAR)

İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNKİŞAFINA VERDİYİ ŞƏXSİ TÖHFƏSİNƏ GÖRƏ NAZİR ƏLİ ABBASOVA XÜSUSİ SERTİFİKAT TƏQDİM OLUNDU
 

 
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-18 may tarixində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
 



 



Nazir Əli Abbasov BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə İttifaqın Qızıl tərəfdaşı olan Azərbaycanın rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Respublikasının hökuməti və İKT cəmiyyəti tərəfindən İttifaqı yubiley münasibətilə təbrik edən nazir BTİ-nin Azərbaycan Prezidenti cənab İlham Əliyevin "qara qızılı insan kapitalına çevirmək" doktrinası və  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına verdiyi töhfəsini qeyd edərək, 1992-ci ildə BTİ-yə üzv olduğu vaxtdan ilk dəfə olaraq İttifaqın Şurasına seçilən ölkəmizi Cənubi Koreyanın Busan şəhərində keçirilmiş seçkilərdə dəstəkləmiş üzv dövlətlərə minnətdarlığını bildirib.
 
Çıxışdan sonra baş katib Houlin Zhao Qızıl Tərəfdaş olaraq BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə böyük töhfəyə görə Azərbaycan Respublikasını və informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi şəxsi töhfəsinə görə nazir Əli Abbasovu qızıl medal və sertifikatlarla təltif edib.




 








Yubiley tədbirinin rəsmi hissəsindən sonra nazir Əli Abbasov BMT-nin Cenevrə ofisinin baş direktor vəzifəsini icra edən Maykl Moller, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Kristian Bax, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Ruqandanın sahə üzrə administrasiya rəhbərləri, eyni zamanda, Regional Rabitə Birliyinin direktoru, ICANN təşkilatının prezidentinin baş müşaviri, BTİ-nin əməkdaşlıq və resursların mobilizasiyası diviziyasının direktoru, BTİ-nin MDB ölkələri üzrə bölməsinin rəhbəri ilə ikitərəfli görüşlər keçirmiş və Azərbaycanla əməkdaşlıq istiqamətlərini müzakirə edib.
















Baxış sayı: 2703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Dekabr 2024

03 12 2024