Tarix:25/05/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin işləmələrinin hamısı ardıcıl istehsal edilmiş “Toyota Prius” və “Lexus SUV” avtomobillərində tətbiq edilib. Bu tip avtomobillərdə sürücü sükanı arxasında əyləşən insan tələb olduqda idarəetməni özü həyata keçirə bilər.
Yeni, ikiyerli avtomobillərdə idarəetmə kompüter vasitəsi ilə həyata keçirilir və ekran vasitəsilə hərəkət marşrutu izlənilir. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ilk mərhələdə avtomobilin sürəti 40 km/saatla məhdudlaşdırılıb.
“Google” qeyd edib ki, bu, texniki məhdudiyyət deyil: avtomobilin sensorları iki futbol meydanı genişliyindəki ərazidə yerləşən obyektlər haqqında informasiya toplaya bilir. Avtomobil özü isə saatda 160 km sürətlə hərəkət edə bilər. Şirkət təxminən 100 belə maşın istehsal etməyi planlaşdırır.
“Google”ın yaradıcısı Sergey Brin bu avtomobillərdə hərəkətinin qar liftlərini xatırlatdığını və insanları rahatlatdığının təmin edildiyini bildirib. O ümid edir ki, belə avtomobillər ictimai nəqliyyatı əvəz edəcək.
Aynur Vəliyeva
“Google” avtomatik idarə edilən avtomobillərini təqdim edib
“Google” şirkəti üzün müddətdir ki, avtomobillərin avtomatık idarə edilməsi sistemi üzərində işləyir.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin işləmələrinin hamısı ardıcıl istehsal edilmiş “Toyota Prius” və “Lexus SUV” avtomobillərində tətbiq edilib. Bu tip avtomobillərdə sürücü sükanı arxasında əyləşən insan tələb olduqda idarəetməni özü həyata keçirə bilər.
Yeni, ikiyerli avtomobillərdə idarəetmə kompüter vasitəsi ilə həyata keçirilir və ekran vasitəsilə hərəkət marşrutu izlənilir. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ilk mərhələdə avtomobilin sürəti 40 km/saatla məhdudlaşdırılıb.
“Google” qeyd edib ki, bu, texniki məhdudiyyət deyil: avtomobilin sensorları iki futbol meydanı genişliyindəki ərazidə yerləşən obyektlər haqqında informasiya toplaya bilir. Avtomobil özü isə saatda 160 km sürətlə hərəkət edə bilər. Şirkət təxminən 100 belə maşın istehsal etməyi planlaşdırır.
“Google”ın yaradıcısı Sergey Brin bu avtomobillərdə hərəkətinin qar liftlərini xatırlatdığını və insanları rahatlatdığının təmin edildiyini bildirib. O ümid edir ki, belə avtomobillər ictimai nəqliyyatı əvəz edəcək.
Aynur Vəliyeva
Baxış sayı: 667
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib