Tarix:17/06/15
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “YouTube” videohostinqində yerləşdirilmiş videoçarxa əsasən “Android” platforması ilə işləyən smartfon öz sahibini bir saniyə ərzində “tanıyır”. “Iris Passport” funksiyası, hətta eyni qurğunu blokdan çıxarmağa çalışan əkizlərin gözləri arasındakı fərqi ayırır.
“Arrows NX F-04G” smartfonu 5,2 düymlük “IPS” matrisli (1440x2560) ekran, səkkiznüvəli “Qualcomm Snapdragon 810” prosessoru və “Adreno 430” qrafik sürətləndiricisi ilə təchiz edilib. Akkumulyator batareyasının həcmi 3120 milliamper/saat təşkil edir.
Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 32 QB təşkil edir. “Sony” şirkətinin məhsulu olan əsas fotomodulun təsvir ölçüsü 21 meqapiksel təşkil edir. Aparat “Android 5.0” (“Lollipop”) mobil əməliyyat sistemi ilə işləyir.
“Arrows NX F-04G” smartfonu, həmçinin məlumatları saniyədə 225 meqabit sürətlə ötürən “LTE-Advanced” texnologiyasını, “LTE” texnologiyası (“Voice-over-LTE”) üzrə səsin ötürülməsi funksiyasını, “NFC”, “GPS” və “Wi-Fi” (a/b/g/n/ac) modullarını dəstəkləyir.
Yeni qurğu hələ ki yalnız Yaponiyada 750 dollara satılır.
Emil Hüseynov
“Fujitsu” gözün torlu qişasının skaneri ilə təchiz edilmiş ilk smartfonunu təqdim edib
Yaponiyanın “Fujitsu” şirkəti yerli “NTT DoCoMo” operatoru ilə əməkdaşlıq çərçivəsində gözün qüzehi qişasının skaneri ilə təchiz edilmiş smartfonun ilk kommersiya modelini təqdim edib."ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “YouTube” videohostinqində yerləşdirilmiş videoçarxa əsasən “Android” platforması ilə işləyən smartfon öz sahibini bir saniyə ərzində “tanıyır”. “Iris Passport” funksiyası, hətta eyni qurğunu blokdan çıxarmağa çalışan əkizlərin gözləri arasındakı fərqi ayırır.
“Arrows NX F-04G” smartfonu 5,2 düymlük “IPS” matrisli (1440x2560) ekran, səkkiznüvəli “Qualcomm Snapdragon 810” prosessoru və “Adreno 430” qrafik sürətləndiricisi ilə təchiz edilib. Akkumulyator batareyasının həcmi 3120 milliamper/saat təşkil edir.
Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 32 QB təşkil edir. “Sony” şirkətinin məhsulu olan əsas fotomodulun təsvir ölçüsü 21 meqapiksel təşkil edir. Aparat “Android 5.0” (“Lollipop”) mobil əməliyyat sistemi ilə işləyir.
“Arrows NX F-04G” smartfonu, həmçinin məlumatları saniyədə 225 meqabit sürətlə ötürən “LTE-Advanced” texnologiyasını, “LTE” texnologiyası (“Voice-over-LTE”) üzrə səsin ötürülməsi funksiyasını, “NFC”, “GPS” və “Wi-Fi” (a/b/g/n/ac) modullarını dəstəkləyir.
Yeni qurğu hələ ki yalnız Yaponiyada 750 dollara satılır.
Emil Hüseynov
Baxış sayı: 629
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib