Tarix:25/06/15
Bu haqda məlumat Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında verilib.
AMEA-dan bildirilib ki, bununla bağlı çıxış edən Kimya Elmləri Bölməsinin akademik katibi, KQÜKİ-nin direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, institut Berlin Texniki Universiteti, Belarus Milli Elmlər Akademiyasının (BMEA) İstilik və Kütlə Dəyişməsi İnstitutu və Böyük Britaniyanın Huddersfild Universiteti ilə neft mənşəli kaustobiolitlərdən karbon nanomaterialların alınması və onların karbohidrogenlərin oksidləşməsi proseslərində katalizator kimi tətbiqi sahəsində əməkdaşlıq edir.
Akademik vurğulayıb ki, beynəlxalq laboratoriyanın iştirakçıları neft xammalından karbon nanomateriallarının alınmasının əsaslarının işlənib hazırlanması və bu istiqamətdə aparılacaq digər tədqiqatlara maraqlıdırlar. Qeyd edib ki, yeni laboratoriya neft mənşəli nanokarbon katalizatorlarının alınması və onların tətbiqinin həlli istiqamətində beynəlxalq tədqiqat proqramının həyata keçirilməsinə imkan verəcək.
Həqiqət İSABALAYEVA
Neft mənşəli nanokarbon katalizatorlarının alınmasına imkan verən beynəlxalq laboratoriya yaradılıb
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQÜKİ) “Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar (INTERLABCAT)” adlı beynəlxalq laboratoriyanın yaradılması barədə qərar qəbul edilib.Bu haqda məlumat Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında verilib.
AMEA-dan bildirilib ki, bununla bağlı çıxış edən Kimya Elmləri Bölməsinin akademik katibi, KQÜKİ-nin direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, institut Berlin Texniki Universiteti, Belarus Milli Elmlər Akademiyasının (BMEA) İstilik və Kütlə Dəyişməsi İnstitutu və Böyük Britaniyanın Huddersfild Universiteti ilə neft mənşəli kaustobiolitlərdən karbon nanomaterialların alınması və onların karbohidrogenlərin oksidləşməsi proseslərində katalizator kimi tətbiqi sahəsində əməkdaşlıq edir.
Akademik vurğulayıb ki, beynəlxalq laboratoriyanın iştirakçıları neft xammalından karbon nanomateriallarının alınmasının əsaslarının işlənib hazırlanması və bu istiqamətdə aparılacaq digər tədqiqatlara maraqlıdırlar. Qeyd edib ki, yeni laboratoriya neft mənşəli nanokarbon katalizatorlarının alınması və onların tətbiqinin həlli istiqamətində beynəlxalq tədqiqat proqramının həyata keçirilməsinə imkan verəcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 564
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib