12px13px15px17px
Tarix:25/06/15

“Lenovo” şirkəti fləşkart ölçüsündə “IdeaCenter Stick 300” adlı kompüterini təqdim edib

Çinin "Lenovo" şirkəti fləş-kart ölçüsündə "IdeaCenter Stick 300" qurğusunu təqdim edib. "IdeaCenter Stick 300" qurğusunu işlətmək üçün onu "HDMI" konnektoru ilə təchiz edilmiş monitora qoşmaq, həmçinin simsiz klaviatura və "maus" lazımdır.

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, mikrokompüter dördnüvəli "Intel Atom Z3735F" prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. "IdeaCenter Stick 300" "Windows 8.1" əməliyyat sistemi (ƏS) ilə işləyir və tezliklə "Windows 10" ƏS-nə yenilənəcək. Qurğu, həmçinin "Wi-Fi 802.11 b/g/n" və "Bluetooth 4.0" standartlarını dəstəkləyir. Daxili dinamikin mövcudluğu qurğunun fərqləndirici xüsusiyyətidir.

Qurğu iyulda satışa çıxarılacaq. "Lenovo IdeaCenter Stick 300" qurğusunun dəyəri 129 dollar təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024