12px13px15px17px
Tarix:01/07/15

Gələcəyin geyimi və “ağıllı” parça

Bazarda yeni intellektual aksesuarlar növü peyda oldu: nəinki qoşulmuş fitnes və sağlamlıq, həm də digər sahələrdə çevriliş edə biləcək datçikli "ağıllı" parçadan "ağıllı" paltar.

Həmin materialın prototipi 2012-ci ildə "Smart Sensing" konsorsiumu tərəfindən təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, həmin konsorsium dörd il əvvəl Fransada "ağıllı" parçanın hazırlanması ilə məşğul olacaq "Cityzen Sciences" şirkətini təsis etdi.
 
 
Mikrodatçiklərin birbaşa materiala quraşdırılması bədənin hərarətini ölçməyə və optimal hərəkət istiqamətlərini müəyyənləşdirməyə imkan verir. "Cityzen Sciences" şirkətilə sıx bağlantısı olan "Cityzen Data" şirkəti idman-sağlamlıq bazarları üçün məlumat təhlili ilə məşğuldur. Həmin şirkət "ağıllı" parçanın verilənlərinin idarə edilməsi platformasını işləyib hazırlamışdır.

"ICTnews" Elektron Xəbər Xidməti  "http://thenetwork.cisco.com" saytına istinadən bildirir ki, "Google"-un keçmiş əməkdaşı, hazırda isə "Cityzen Data" şirkətinin texnologiyalar üzrə baş direktoru Matias Xerberts əmindir ki, datçikli parça insan bədəninin daim nəzarət altında saxlanılması üçün ideal bir həldir. Əgər geyindiyimiz kəmər və digər aksesuarlar hərəkət etdiyimiz zaman yerlərini müxtəlif bucaqlar altında dəyişə bilirsə, bədənə sıx oturan paltar daim öz yerində qalır.
 
 "Bizim üçün parça zəruri yerlərdə bu və ya digər göstəriciləri ölçəcək datçiklərin yerləşəcəyi bir matrisadır. "Cityzen Sciences" şirkətinin bir məhsulunu misal gətirək: insanın ürək döyüntüsünü, GPS-mövqeyini və sürətini ölçə bilən rəqəmli köynək. Həmin köynəkdə optimal şəkildə təhlil aparmaq məqsədilə EKQ üçün müvafiq datçiklər yerləşdirilmişdir. Bu, datçiklər digər inteqrasiya növlərindən köklü şəkildə fərqlənir" - deyə Xerberts qeyd edir.
 
 
Bundan əlavə, parça müxtəlif datçiklərin mərkəzi verilənlərin toplanması mərkəzinə qoşulması üçün istifadə olunur. Xerberts verilənlərin təhlili məsələsinə yaxşı bələddir: "Google"-da işləyərkən o, "Gmail" və "Google Docs" kimi servislərin fəaliyyətinə cavabdeh idi. "Mən "böyük verilənlər" termini gündəmə gəlməmişdən əvvəl verilənlərin emalı ilə məşğul idim", - Xerberts deyir.
 
 
Datçikləri parçaya yerləşdirmək üçün onlar çox kiçik olmalı, bir neçə dəfə yuyulmaya davam gətirməli və kimyəvi elementlərin yenidən doldurulmasını tələb etməməlidir. "Cityzen Sciences" şirkətinin hazırladığı datçiklərin uzunluğu bir neçə millimetr təşkil edir. Həm də onlar silikon ilə örtülüb ki, yuyulmaya davam gətirə bilsin. "Cityzen Sciences" şirkətinin yekun nəticəsi belə olmalıdır: datçikləri o qədər kiçik etmək ki, onları bilavasitə ipə hörmək mümkün olsun. Şirkət bu məqsədə il yarım ərzində nail olmaq niyyətindədir.
 
 
İlk olaraq "ağıllı" parça texnologiyalarına idman-sağlamlıq bazarları reaksiya göstərdi. Lakin burada digər sahələr üçün də əla perspektivlər açılır. Məsələn, neftçıxarma və kənd təsərrüfatı sahələrində çalışanların fərdi qoruma vasitələr dəstinə həm də kimyəvi maddə və ya digər xarici təsirlər haqqında məlumatlılıq səviyyəsini artırmağa imkan verən geyim də əlavə etmək olar.  "Bu sahənin böyük potensialı var, xüsusən də Fransada. Fransanın yerli qanunvericiliyinə əsasən işverən işçilərin xidməti tapşırıqları yerinə yetirən zaman məruz qaldığı yükləmələrə daim nəzarət etməlidir. Ona görə də zərərli amillərin müxtəlif səviyyələrini ölçə bilən və hər bir işçi üçün bütün peşəkar fəaliyyəti dövrü ərzində pasport yarada bilən geyimin yaradılması üçün bir sıra imkanlar mövcuddur", - Xerberts belə düşünür. 
 
 
Cənubi Koreyada işlənib hazırlanmış başqa bir "ağıllı" parça növü statik cərəyanı daşınan cihazların qidalanması üçün istifadə edə bilir. Bu paltarı geyinən insanların fövqəladə və bütün enerji mənbələrindən məhrum bir şəraitə düşdükləri anda edə biləcəklərini sadəcə təsəvvür edin! "Ağıllı" parça insan sağlamlığının çox vacib olduğu bütün sahələrdə həlledici rol oynaya bilər.



Baxış sayı: 813

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024