Tarix:04/07/15
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, alış-verişin son mərhələsində alıcı smartfonun köməyi ilə öz fotoşəkilini çəkməlidir. “MasterCard” şirkətinin nümayəndəsi hesab edir ki, bu, parolları yadda saxlamaqdan daha asandır. Ödəmə sistemi yeni innovasiya alətinin köməyi ilə fırıldaqçılığın səviyyəsini azaltmağı planlaşdırır.
"Düşünürəm ki, “selfi” şəkillərlə yaşayan yeni nəsil yeniliyi bəyənəcək" – “MasterCard” şirkətinin təhlükəsizlik sahəsində innovativ həllər üzrə direktoru Acay Bxala deyib.
Hazırda “MasterCard” şirkəti “SecureCode” adlı onlayn ödəniş təhlükəsizlik texnologiyasından istifadə edir: internetdə ödənişin təsdiqi üçün parolun daxil edilməsini nəzərdə tutur. Şirkətin məlumatına görə, bu texnologiya ötən il 3 milyard tranzaksiyada istifadə olunub.
Ancaq parolları ələ keçirmək mümkündür. Bu səbəbdən maliyyə şirkətlərinin bir çoxu “iPhone” smartfonunda barmaq izinin skan edilməsi texnologiyasından istifadə edən “Apple” şirkəti kimi istifadəçilərin rahatlığı və təhlükəsizlik səviyyəsinin gücləndirilməsi üçün biometrik texnologiyaların tətbiqinə başlayıb.
Emil Hüseynov
“MasterCard” parol əvəzinə “selfi” şəkillərdən istifadəyə qərar verib
“MasterCard” şirkəti yeni proqramı sınaqdan keçirməyə başlayıb: onlayn alış-veriş istifadəçinin sifətinin skan edilməsi yolu ilə təsdiqlənəcək. Sınaqlar uğurlu olduğu halda proqram ictimai istifadə üçün əlçatan olacaq."ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, alış-verişin son mərhələsində alıcı smartfonun köməyi ilə öz fotoşəkilini çəkməlidir. “MasterCard” şirkətinin nümayəndəsi hesab edir ki, bu, parolları yadda saxlamaqdan daha asandır. Ödəmə sistemi yeni innovasiya alətinin köməyi ilə fırıldaqçılığın səviyyəsini azaltmağı planlaşdırır.
"Düşünürəm ki, “selfi” şəkillərlə yaşayan yeni nəsil yeniliyi bəyənəcək" – “MasterCard” şirkətinin təhlükəsizlik sahəsində innovativ həllər üzrə direktoru Acay Bxala deyib.
Hazırda “MasterCard” şirkəti “SecureCode” adlı onlayn ödəniş təhlükəsizlik texnologiyasından istifadə edir: internetdə ödənişin təsdiqi üçün parolun daxil edilməsini nəzərdə tutur. Şirkətin məlumatına görə, bu texnologiya ötən il 3 milyard tranzaksiyada istifadə olunub.
Ancaq parolları ələ keçirmək mümkündür. Bu səbəbdən maliyyə şirkətlərinin bir çoxu “iPhone” smartfonunda barmaq izinin skan edilməsi texnologiyasından istifadə edən “Apple” şirkəti kimi istifadəçilərin rahatlığı və təhlükəsizlik səviyyəsinin gücləndirilməsi üçün biometrik texnologiyaların tətbiqinə başlayıb.
Emil Hüseynov
Baxış sayı: 605
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib