Tarix:06/07/15
Onun sözlərinə görə, yeni qatarın hazırlanması “Integral Coach Factory” Milli Vaqonlar İstehsalı üzrə Birlik və Hindistan Texnoloji İnstitutunun Çennai filialı ilə birlikdə aparılır.
Nazir qeyd edib ki, günəş panelləri bütün vaqonlarda quraşdırılacaq ki, bu da gələcəkdə Hindistanın nəqliyyat sisteminin təbii mədən resurslarına olan ehtiyaclarını aradan qaldıracaq. Gözlənildiyinə görə, ilkin mərhələdə günəş panelləri qatarın elektrik enerjisinə tələbatını 15 faizədək ödəyəcək. Bundan başqa, layihə qatarın dayanacaqda olduğu zaman hasil olunan elektrik enerjisini milli şəbəkəyə ötürməsini nəzərdə tutur.
Bir müddət əvvəl baş nazir Narenda Modinin başçılıq etdiyi Hindistan Nazirlər Kabineti ölkədə bərpa olunan enerjinin yenilənmiş inkişaf planını təsdiq edib. Plan ölkədə quraşdırılan günəş panellərinin ümumi gücünün 2022-ci ilədək 100 giqavatta çatdırılmasını nəzərdə tutur.
Günəş enerjisinə yatırılan investisiyaların həcminin 6 trilyon rupi (100 milyard dollar) təşkil edəcəyi gözlənilir. Layihələr arasında Madhya-Pradeş ştatında 2016-cı ildə istismara veriləcək gücü 750 meqavatt təşkil edən dünyanın nəhəng elektrik stansiyası yer alıb.
Bundan əvvəl baş nazir Hindistanın beynəlxalq konsorsium üzərində işlədiyini bildirib. Təşkilata ildə günəşli günlərin çox olduğu 50 ölkəni təmsil edən alimlərin daxil olacağı qeyd olunur. Konsorsiumun məqsədi günəş enerjisi sahəsində elmi tədqiqatlar və texnoloji nailiyyətlərin mübadiləsidir.
Hindistanın iqlim şəraiti bərpa olunan enerjinin inkişafı üçün əlverişlidir, çünki ölkədə ildə orta hesabla 300 günəşli gün olur, - “TASS” yazır.
Hindistan günəş enerjisi ilə işləyən qatar hazırlayır
Yaxın vaxtlarda Hindistan dəmiryollarında günəş enerjisi ilə işləyən qatar hərəkət etməyə başlayacaq. Bu barədə jurnalistlərə Hindistanın elm və texnologiyalar naziri Harş Vardhan bildirib.Onun sözlərinə görə, yeni qatarın hazırlanması “Integral Coach Factory” Milli Vaqonlar İstehsalı üzrə Birlik və Hindistan Texnoloji İnstitutunun Çennai filialı ilə birlikdə aparılır.
Nazir qeyd edib ki, günəş panelləri bütün vaqonlarda quraşdırılacaq ki, bu da gələcəkdə Hindistanın nəqliyyat sisteminin təbii mədən resurslarına olan ehtiyaclarını aradan qaldıracaq. Gözlənildiyinə görə, ilkin mərhələdə günəş panelləri qatarın elektrik enerjisinə tələbatını 15 faizədək ödəyəcək. Bundan başqa, layihə qatarın dayanacaqda olduğu zaman hasil olunan elektrik enerjisini milli şəbəkəyə ötürməsini nəzərdə tutur.
Bir müddət əvvəl baş nazir Narenda Modinin başçılıq etdiyi Hindistan Nazirlər Kabineti ölkədə bərpa olunan enerjinin yenilənmiş inkişaf planını təsdiq edib. Plan ölkədə quraşdırılan günəş panellərinin ümumi gücünün 2022-ci ilədək 100 giqavatta çatdırılmasını nəzərdə tutur.
Günəş enerjisinə yatırılan investisiyaların həcminin 6 trilyon rupi (100 milyard dollar) təşkil edəcəyi gözlənilir. Layihələr arasında Madhya-Pradeş ştatında 2016-cı ildə istismara veriləcək gücü 750 meqavatt təşkil edən dünyanın nəhəng elektrik stansiyası yer alıb.
Bundan əvvəl baş nazir Hindistanın beynəlxalq konsorsium üzərində işlədiyini bildirib. Təşkilata ildə günəşli günlərin çox olduğu 50 ölkəni təmsil edən alimlərin daxil olacağı qeyd olunur. Konsorsiumun məqsədi günəş enerjisi sahəsində elmi tədqiqatlar və texnoloji nailiyyətlərin mübadiləsidir.
Hindistanın iqlim şəraiti bərpa olunan enerjinin inkişafı üçün əlverişlidir, çünki ölkədə ildə orta hesabla 300 günəşli gün olur, - “TASS” yazır.
Baxış sayı: 601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib