Tarix:08/07/15
5x4 sm ölçüsündə olan qurğu kredit kartına bənzəyir. Lakin bu, təkcə ana plata yox, həm də şəbəkəyə qoşulduqdan dərhal sonra işə hazır olan bütöv kompüterdir.
Mikrokompüter bildirişləri göstərən və oyunlarda istifadə oluna bilinən 25 işıq diodu, iki proqramlaşdırma düyməsi, akselerometr və maqnitometr ilə təchiz edilib. Qurğu "Bluetooth LE" simsiz rabitəni dəstəkləyir, "Micro USB" çıxışına və kənar qurğuların qoşulması üçün beş I/O portuna malikdir. Qurğu bir neçə il əvvəl təqdim edilən populyar "Raspberry Pi" mikrokompüterindən 18 dəfə sürətli və 67 dəfə yüngüldür.
"BBC" layihəyə çoxlu tərəfdaş cəlb edib. Əsas tərəfdaşlar arasında "ARM", "Microsoft", "Samsung" və "Barclays" şirkətlərinin adı çəkilir. Buraxılacaq ilkin kompüterlərin satılması yox, paylanması planlaşdırılır. Cari ilin oktyabrında 1 milyon nümunənin paylanması nəzərdə tutulur. Kiçik proqramlaşdırma platalarının ilk sahibləri 11-12 yaşlı məktəblilər olacaq. Bununla şirkət uşaqların kompüter biliklərini və yüksək texnologiyalara maraqlarını artırmaq niyyətindədir, - "Lenta www.lenta.ru" yazır.
“BBC” məktəblilər üçün mikrokompüter təqdim edib
"BBC" teleradio şirkəti "Micro:bit" miniatür kompüterinin sonuncu versiyasının tezliklə işıq üzü görəcəyini açıqlayıb. Bu barədə şirkətin saytında məlumat verilir.5x4 sm ölçüsündə olan qurğu kredit kartına bənzəyir. Lakin bu, təkcə ana plata yox, həm də şəbəkəyə qoşulduqdan dərhal sonra işə hazır olan bütöv kompüterdir.
Mikrokompüter bildirişləri göstərən və oyunlarda istifadə oluna bilinən 25 işıq diodu, iki proqramlaşdırma düyməsi, akselerometr və maqnitometr ilə təchiz edilib. Qurğu "Bluetooth LE" simsiz rabitəni dəstəkləyir, "Micro USB" çıxışına və kənar qurğuların qoşulması üçün beş I/O portuna malikdir. Qurğu bir neçə il əvvəl təqdim edilən populyar "Raspberry Pi" mikrokompüterindən 18 dəfə sürətli və 67 dəfə yüngüldür.
"BBC" layihəyə çoxlu tərəfdaş cəlb edib. Əsas tərəfdaşlar arasında "ARM", "Microsoft", "Samsung" və "Barclays" şirkətlərinin adı çəkilir. Buraxılacaq ilkin kompüterlərin satılması yox, paylanması planlaşdırılır. Cari ilin oktyabrında 1 milyon nümunənin paylanması nəzərdə tutulur. Kiçik proqramlaşdırma platalarının ilk sahibləri 11-12 yaşlı məktəblilər olacaq. Bununla şirkət uşaqların kompüter biliklərini və yüksək texnologiyalara maraqlarını artırmaq niyyətindədir, - "Lenta www.lenta.ru" yazır.
Baxış sayı: 804
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib