Tarix:09/07/15
Formasını dəyişən ekran “GHOST” (Generic, Highly-Organic Shape-Changing Interfaces) adlı layihənin bir hissəsidir. Tədqiqat və işlənmələrə üç il vaxt sərf edilib. Bu layihədə Kopenhagen, Bristol, Lankaster və Eyndhoven universitetləri iştirak edib.
Yeni ekranda şüşə əvəzinə elastik sintetik material olan laykradan istifadə olunur. Dərinlik kamerası barmaqların vəziyyətini və ekrana toxunuş dərəcəsini qeydə alır.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, elastik ekrandakı təsvirə barmaqla toxunmaq, onu tutaraq ekrandan kənara çıxartmaq olar. Bu, ultrasəs levitasiya texnologiyasının sayəsində mümkündür.
Tədqiqatçılar bu texnologiyanın geniş tətbiq sahəsi haqda məlumat verirlər. Onlar bildirirlər ki, formasını dəyişə bilən ekranlar beş il sonra satışa çıxarılacaq. İndi alimlər bu texnologiyanın smartfonlarda reallaşdırılması üzərində işləyir.
Emil Hüseynov
Yeni fantastik texnologiya təsviri dartaraq ekrandan kənara çıxarmağa imkan verir
Avropa İttifaqı tərəfindən maliyyələşən tədqiqatçılar qrupunun hazırladığı yeni ekran tipi barmaqla düz sensor ekrandan təsviri özünə doğru çəkərək məkanda onunla manipulyasiya etməyə imkan verir.Formasını dəyişən ekran “GHOST” (Generic, Highly-Organic Shape-Changing Interfaces) adlı layihənin bir hissəsidir. Tədqiqat və işlənmələrə üç il vaxt sərf edilib. Bu layihədə Kopenhagen, Bristol, Lankaster və Eyndhoven universitetləri iştirak edib.
Yeni ekranda şüşə əvəzinə elastik sintetik material olan laykradan istifadə olunur. Dərinlik kamerası barmaqların vəziyyətini və ekrana toxunuş dərəcəsini qeydə alır.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, elastik ekrandakı təsvirə barmaqla toxunmaq, onu tutaraq ekrandan kənara çıxartmaq olar. Bu, ultrasəs levitasiya texnologiyasının sayəsində mümkündür.
Tədqiqatçılar bu texnologiyanın geniş tətbiq sahəsi haqda məlumat verirlər. Onlar bildirirlər ki, formasını dəyişə bilən ekranlar beş il sonra satışa çıxarılacaq. İndi alimlər bu texnologiyanın smartfonlarda reallaşdırılması üzərində işləyir.
Emil Hüseynov
Baxış sayı: 968
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib