Tarix:09/07/15
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni cihaz 1,7 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 615” prosessoru, 64 bitlik arxitektura, “Adreno 405” qrafik sürətləndiricisi ilə təchiz edilib və “Android 5.1.1 Lollipop” mobil əməliyyat sistemi ilə işləyir. 5,2 düymlük ekranın təsvir ölçüsü 1920x1080 piksel təşkil edir.
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1,5 və 8 QB-dır. Musiqi, şəkil və başqa məzmunun yadda saxlanılması üçün “microSD” çıxarılıb taxılan daşıyıcılarından istifadə etmək mümkün olacaq.
Əsas 8 meqapiksellik (MP) kamera (bəzi ölkələrdə 13 Mp-lik versiya satılacaq) “LG” şirkətinin qurğuları üçün ənənəvi hal almış lazer avtofokusuna malikdir. Bundan başqa, kamerada rəng ötürmə qabiliyyətini yüksəldən “CSS” (“Color Spectrum Sensor”) adlı xüsusi ötürücüdən istifadə olunur. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
Qurğunun ölçüləri 142,7x72,6x9,85 mm, çəkisi 139 qramdır. Smartfon 2300 milliamper/saat tutumunda akkumulyator və “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.1”, “NFC”, “GPS/QLONASS” və “LTE” simsiz kommunikasiya vasitələrinə malikdir.
2015-ci ilin iyulunda “LG G4 Beat” smartfonu Avropada satışa çıxarılacaq.
Emil Hüseynov
“LG G4 Beat” smartfonu təqdim edilib
“LG Electronics” şirkəti yeni smartfonunu rəsmi təqdim edib. Cənubi Koreya istehsalçısının smartfon çeşidinə “LG G4 Beat” modeli daxil edilib."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni cihaz 1,7 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 615” prosessoru, 64 bitlik arxitektura, “Adreno 405” qrafik sürətləndiricisi ilə təchiz edilib və “Android 5.1.1 Lollipop” mobil əməliyyat sistemi ilə işləyir. 5,2 düymlük ekranın təsvir ölçüsü 1920x1080 piksel təşkil edir.
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1,5 və 8 QB-dır. Musiqi, şəkil və başqa məzmunun yadda saxlanılması üçün “microSD” çıxarılıb taxılan daşıyıcılarından istifadə etmək mümkün olacaq.
Əsas 8 meqapiksellik (MP) kamera (bəzi ölkələrdə 13 Mp-lik versiya satılacaq) “LG” şirkətinin qurğuları üçün ənənəvi hal almış lazer avtofokusuna malikdir. Bundan başqa, kamerada rəng ötürmə qabiliyyətini yüksəldən “CSS” (“Color Spectrum Sensor”) adlı xüsusi ötürücüdən istifadə olunur. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
Qurğunun ölçüləri 142,7x72,6x9,85 mm, çəkisi 139 qramdır. Smartfon 2300 milliamper/saat tutumunda akkumulyator və “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.1”, “NFC”, “GPS/QLONASS” və “LTE” simsiz kommunikasiya vasitələrinə malikdir.
2015-ci ilin iyulunda “LG G4 Beat” smartfonu Avropada satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 609
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib