12px13px15px17px
Tarix:27/07/15

Brelok formasında kiçikölçülü kompüter nümayiş olunub

“Pipo” şirkəti televizor və ya monitora qoşulma üçün “HDMI” konnektoruna malik və brelok formasında hazırlanmış kiçikölçülü “X1” kompüterini nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Pipo” şirkətinin yeni qurğusu “Bay Trail” platformasına əsaslanır.
 
Cihaz 1,33 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik “Atom Z3735F” prosessoru və “Intel HD Graphics” qrafik kontrolleri ilə təchiz edilib.
 
Brelok formasında olan kiçikölçülü kompüter  2 QB əməli yaddaş və 32 QB tutumunda fləş modulla təchiz edilib, sonuncunun tutumunu “microSD” yaddaş kartı ilə artırmaq olar. Kiçikölçülü kompüter “Wi-Fi 802.11n” və “Bluetooth” simsiz rabitə adapterlərinə malikdir.
 
Hazırda qurğunun qiyməti haqda məlumat yoxdur.
 
Emil Hüseynov



Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024