Tarix:03/08/15
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Alcatel OneTouch Conquest" smartfonu "IP67" standartı üzrə sertifikatlaşdırılıb. Belə ki, qurğu 30 dəqiqə ərzində bir metr dərinliyində suda qala bilir.
Yeni qurğu 1,2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon" prosessoru ilə təchiz edilib və "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb. Cihaz 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekrana və "Dragontrail Glass" qoruyucu şüşəsinə malikdir.
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. Məzmunu, həmçinin 32 QB tutumunda "microSD" daşıyıcılarında yadda saxlamaq olar. Əsas kamera 5 meqapiksellik təsvir sensoru, avtofokus və işıq diodu işıqlandırıcısına malikdir. Ön fotomodul 2 meqapiksellik matrisə malikdir.
Cihazın fiziki ölçüləri 141x72,3x9 mm, çəkisi 140 qramdır. Bundan başqa, telefon 2500 milliamper/saat tutumunda akkumulyator və "GPS", "LTE", "Wi-Fi" və "Bluetooth" simsiz rabitə modulları ilə təchiz edilib.
130 dollar məbləğində "Alcatel OneTouch Conquest" smartfonunun satışına artıq başlanılıb.
Emil Hüseynov
“Alcatel” şirkəti “OneTouch Conquest” ucuz smartfonunu təqdim edib
"Alcatel" ticarət markası "OneTouch Conquest" ucuz modelini təqdim etməklə smartfon çeşidini genişləndirib. Yeni cihaz dördüncü nəsil şəbəkəsini dəstəkləyir, su və toza qarşı dayanıqlıdır."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Alcatel OneTouch Conquest" smartfonu "IP67" standartı üzrə sertifikatlaşdırılıb. Belə ki, qurğu 30 dəqiqə ərzində bir metr dərinliyində suda qala bilir.
Yeni qurğu 1,2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon" prosessoru ilə təchiz edilib və "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb. Cihaz 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekrana və "Dragontrail Glass" qoruyucu şüşəsinə malikdir.
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. Məzmunu, həmçinin 32 QB tutumunda "microSD" daşıyıcılarında yadda saxlamaq olar. Əsas kamera 5 meqapiksellik təsvir sensoru, avtofokus və işıq diodu işıqlandırıcısına malikdir. Ön fotomodul 2 meqapiksellik matrisə malikdir.
Cihazın fiziki ölçüləri 141x72,3x9 mm, çəkisi 140 qramdır. Bundan başqa, telefon 2500 milliamper/saat tutumunda akkumulyator və "GPS", "LTE", "Wi-Fi" və "Bluetooth" simsiz rabitə modulları ilə təchiz edilib.
130 dollar məbləğində "Alcatel OneTouch Conquest" smartfonunun satışına artıq başlanılıb.
Emil Hüseynov
Baxış sayı: 657
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib