12px13px15px17px
Tarix:04/08/15

“Sony” korporasiyası yeni qurğularını təqdim edib

Yaponiyanın “Sony” korporasiyası yeni smartfonlarını nümayiş etdirib.

“Sony Xperia M5” smartfonu su və toza qarşı dayanıqlıdır. Cihaz 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib.

Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 16 QB-dır. Smartfonun 64 bitlik səkkiznüvəli “MediaTek Helio X10” adlı mərkəzi prosessoru 2 QHs takt tezliyində işləyir.

 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, aparatın ön kamerası 13 meqapiksellik təsvir ölçüsünə malikdir və “Full-HD” formatında video çəkə bilir. Arxa kamera hibrid 21,5 meqapiksellik “Sony Exmor RS” sensor, beşqat optik zumla təchiz edilib və “4K” formatında video çəkə bilir.
 


 

 


“Xperia C5 Ultra” smartfonu 6 düymlük “Full HD” ekran, 2 QB əməli yaddaş və 1.7 QHs takt tezliyində işləyən “MediaTek MTK6752” mərkəzi prosessoru ilə təchiz edilib. Cihaz 2930 milliamper/saat tutumuna akkumulyatora malikdir.
 








Daxili yaddaşın tutumu 16 QB təşkil edir və “microSD” yaddaş kartı vasitəsi ilə 200 QB-dək artırmaq olar. Aparata quraşdırılmış kameraların göstəriciləri “M5” qurğusunda olduğu kimidir.
 
Emil Hüseynov
 




Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024