Tarix:14/08/15
Hər iki smartfon 1440x2560 piksel təsvir ölçüsünə malik 5,7 düymlük ekrana malikdir. Bu halda "Galaxy S6 Edge Plus" qurğusunun ekranı xüsusi dairəvi kənarlara malikdir. "Samsung"un nümayəndələri bildiriblər ki, "Quad HD Super AMOLED" texnologiyasına əsaslanan ekran az enerji sərf etməklə daha dolğun və kontrast rənglər ötürməyə imkan verir.
"ICTnews" elektron xəbər xidməti "tass.ru" saytına istinadən bildirir ki, cihazlar 16 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Şirkətin nümayəndəsi əmin edir ki, kameralar rəngötürücülüyü üzrə unikal imkanlara malikdir. Hər iki aparat səkkiznüvəli "Samsung LSI Exynos 7420" prosessoru əsasında "Android 5.1 Lollipop" mobil əməliyyat sistemi ilə işləyir.
Smartfonlar, həmçinin 4 QB əməli yaddaş və uzun müddət avtonom işləmək üçün tutumlu daxili akkumulyatorla təchiz edilib.
Artıq avqustun 21-dən ABŞ-da hər iki qurğunu satın almaq mümkün olacaq.
Emil Hüseynov
“Samsung” yeni smartfonlarını nümayiş etdirib
Cənubi Koreyanın "Samsung" şirkəti mətbuat konfransında iki yeni smartfonunu ("Galaxy Note 5" və "Galaxy S6 Edge Plus") nümayiş etdirib.Hər iki smartfon 1440x2560 piksel təsvir ölçüsünə malik 5,7 düymlük ekrana malikdir. Bu halda "Galaxy S6 Edge Plus" qurğusunun ekranı xüsusi dairəvi kənarlara malikdir. "Samsung"un nümayəndələri bildiriblər ki, "Quad HD Super AMOLED" texnologiyasına əsaslanan ekran az enerji sərf etməklə daha dolğun və kontrast rənglər ötürməyə imkan verir.
"ICTnews" elektron xəbər xidməti "tass.ru" saytına istinadən bildirir ki, cihazlar 16 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Şirkətin nümayəndəsi əmin edir ki, kameralar rəngötürücülüyü üzrə unikal imkanlara malikdir. Hər iki aparat səkkiznüvəli "Samsung LSI Exynos 7420" prosessoru əsasında "Android 5.1 Lollipop" mobil əməliyyat sistemi ilə işləyir.
Smartfonlar, həmçinin 4 QB əməli yaddaş və uzun müddət avtonom işləmək üçün tutumlu daxili akkumulyatorla təchiz edilib.
Artıq avqustun 21-dən ABŞ-da hər iki qurğunu satın almaq mümkün olacaq.
Emil Hüseynov
Baxış sayı: 1308
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib